Bank Of Baku

Azərbaycanın “Eurovision-2010” müsabiqəsində iştirakı rəsmən təsdiqlənib

Azərbaycanın “Eurovision-2010” müsabiqəsində iştirakı rəsmən təsdiqlənib
# 26 noyabr 2009 12:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın gələn ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” müsabiqəsində rəsmi iştirakı təsdiqlənib. Bununla bağlı APA-ya açıqlamasında məlumat verən “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin sədri Adil Kərimli bildirib ki, bu gün müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyindən (EBU) Azərbaycana rəsmi məktub göndərilib: “Ölkələrin tam siyahısı isə dekabrın ilk ongünlüyündə bizə təqdim olunacaq. Həmin siyahıda eyni zamanda “Eurovision-2010” müsabiqəsində neçə ölkənin iştirak edəcəyi də məlum olacaq. Biz bu müsabiqədə Azərbaycan təmsilçisinin seçilməsi prosesini davam etdiririk. Ancaq bu seçimin hansı formada aparılacağı hələ məlum deyil. Çox güman ki, seçimlərdə ötən ilki milli münsiflər heyəti də iştirak edəcək və bu heyətdə dəyişiklik olacağı nəzərdə tutulmur”. Qeydə edək ki, bir müddət əvvəl “Eurovision-2010” müsabiqəsində iştirakdan imtina edəcəyi barədə açıqlamalar verən Ermənistanın da “Eurovision-2010” müsabiqəsində iştirakı təsdiqlənib. “Eurovision-2010” müsabiqəsi gələn il Norveçin paytaxtı Osloda keçiriləcək. Müsabiqənin iki yarımfinalı – 25 və 27 may, finalı isə 29 mayda baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR