Bank Of Baku

Rafet El Roman bu gün Bakıya gəlir

Rafet El Roman bu gün Bakıya gəlir
# 28 noyabr 2009 08:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün türkiyəli müğənni Rafet El Roman Bakıya təşrif buyuracaq. Sənətçinin paytaxtımıza səfərinin məqsədi növbəti konsert proqramı ilə çıxış etməkdir. Bu barədə APA-ya məlumat verən konsertin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu bildirib ki, sənətçinin Bakıya gələcəyi təyyarə bu gün saat 18:40-da Heydər Əliyev Hava Limanına enəcək. Rafet El Roman hər zaman olduğu kimi Bakıya öz musiqiçiləri və yardımçıları ilə birgə təşrif buyuracaq. Onunla birgə Bakıya 15 nəfərdən ibarət nümayəndə heyəti gələcək. Sənətçi üç gün Bakıda qalacaq, noyabrın 30-da isə Türkiyəyə geri dönəcək. Türkiyəli müğənni sabah, yəni noyabrın 29-da “Metkarting” İdman və Sağlamlıq Mərkəzində solo proqramla çıxış edəcək. N. Emiloğlu konsertin biletlərinin əksəriyyətinin satıldığını qeyd edib və sabahkı konsertin yaddaqalan olacağına əmin olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR