Türkiyəli müğənni Rafet El Roman Bakıda doqquzuncu konsertini verib - FOTOSESSİYA
Konsertdə onu müşayiət edəcək azərbaycanlı musiqiçilərlə söhbət edən müğənni tar və kamana olan marağını gizlətməyib, hətta tarı əlinə alıb ifa etməyə də çalışıb: “Azərbaycan musiqisi çox zəngindir. Bu musiqi alətləri məni valeh edir. Fərəh hissi keçirirəm ki, mən bu musiqi alətlərinin müşayiəti ilə mahnılar ifa edəcəyəm. Düzdür, bu musiqi alətlərini çala bilmirəm, ancaq çalmağı çox istərdim. Gitara çaldığım üçün alətlərdən başım çıxır və bu musiqi alətlərindəki tellər, səslər çox gözəldir”. Rafet El Roman musiqiçilər Humay Qədimova və Sevinc Bağıyevanın müşayiəti ilə məşq edib.
Müğənni saat 23:00 radələrində - konsert təyin olunan vaxt səhnəyə çıxıb. Hər konsertində olduğu kimi, budəfəki konsertində Rafet El Romanı izləməyə çoxsaylı tamaşaçılar gəlib. İki saata yaxın davam edən konsertdə sənətçi köhnə və yeni mahnılarını ifa edib. Səhnədən Azərbaycan xalqını salamlayan müğənni Bakıda olmaqdan və yenidən bakılı izləyicilər qarşısında çıxış etməkdən məmnunluq hissi keçirdiyini dilə gətirib: “Bakıda hər konsertim mənə ayrıca bir həzz və zövq verir. Bakıya hər gəlişimdə çox sevinirəm və elə bilirəm ki, öz evimdəyəm. Türkiyə ilə Azərbaycanı heç zaman bir-birindən ayırmıram. Həm Türkiyə, həm də Azərbaycan mənim evimdir. Bundan sonra da sizin qarşınızda hər zaman çıxış etməyə hazıram”.
Müğənni öz repertuarından “Beni aff edermisin” və Tofiq Quliyevin “Sənə də qalmaz” mahnılarını tar və kamanın müşayiəti ilə ifa edib. Konsertdə həm tamaşaçılar, həm də sənətçi özü rəqs edib. Tamaşaçıların istəyi ilə müğənni populyar və çox sevilən “Səni seviyorum” və “Beni aff edermisin” mahnılarını iki dəfə səsləndirib.
Konsertin sonunda Azərbaycan tamaşaçıları ilə sağollaşan müğənni yaxın bir zamanda yenidən Bakıda konsert vermək arzusunu dilə gətirib. Rafet El Roman bu gün Türkiyəyə geri dönüb.
Konsertin təşkilatçısı Nahid Emiloğlu APA-ya bildirib ki, bu, Rafet El Romanın Bakıda keçirilən doqquzuncu konserti olub. Təşkilatçının sözlərinə görə, Rafet El Romanın tez-tez Bakıda konsertinin təşkil olunmasına səbəb onun yetəri sayda tamaşaçısının olmasıdır: “Rafetin konsertinin harada keçirilməsindən asılı olmayaraq, tamaşaçısı var. Bu da onun konsertini təşkil etməyə bizə əsas verir. Rafet El Romanın tamaşaçıları heç zaman onu heç bir konsertində tək buraxmır. İstənilən sənətçinin öz tamaşaçısı var və bu tamaşaçıları hər bir müğənni yeni mahnılarla, səhnə perfomansı ilə əldə saxlayır. Rafet El Roman isə heç zaman müştərilərini yola vermir, tamaşaçıların qarşısında hər zaman ürəkdən çıxış edir”.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib