Azərbaycan şou-biznesində düşmənçilik – ARAŞDIRMA
Hər iki sənət adamı bir-birini əbədi düşmən adlandırıb. Aralarındakı münaqişə məhkəmə müstəvisinə də çıxıb. Bu məhkəmə işində Flora Kərimovanın qarşı-qarşıya gəldiyi şəxslər arasında xalq artisti Faiq Ağayev, aktyor Sərxan Kərəmoğlu, İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli də var. F. Kərimova adları sadalanan bu dörd nəfərlə heç vaxt barışmaq niyyətində olmadığını qətiyyətlə vurğulayır: “Mənə böhtan atan insanlarla necə barışa bilərəm?!”
Xalq artistləri Brilliant Dadaşova ilə Faiq Ağayevin 15 ilə yaxındır davam edən küsülülüyünü də düşmənçilik kimi təqdim etsək, yanılmarıq. Bu şöhrətli sənətçilər arasında qalmaqalın səbəbi kimi toyların birində F. Ağayevin B. Dadaşovanın anasının ünvanına səsləndirdiyi ifadələr göstərilir. Hətta tərəflər məhkəməyə qədər gedib çıxıblar. Brilliant Dadaşova ilə Lalə Məmmədova arasında da soyuqluq var. Küsülülüyün səbəbi budur ki, B. Dadaşova L. Məmmədovanı onu təqlid etməkdə qınayır. Brilliant xanımın küsülü olduğu sənət adamları arasında Azərbaycan sabiq mədəniyyət naziri, hazırda Rusiyadakı səfirimiz, xalq artisti Polad Bülbüloğlu da var. Əldə etdiyimiz məlumata görə, P. Bülbüloğlu ilə B. Dadaşova arasındakı küsülülüyün tarixi 2004-2005-ci illərə təsadüf edir. Bu iki tanınmış sima arasında münasibətlərin korlanmasında Faiq Ağayevin rol oynadığı iddia edilir. Belə ki, Brilliant Dadaşova o vaxt digər həmkarları (Aygün Kazımova və Zülfiyyə Xanbabayeva) ilə birlikdə Moskvada keçirilən Azərbaycan Mədəniyyət Günlərində iştirakdan imtina edib. Çünki həmin tədbirdə F. Ağayev də iştirak edirmiş.
Xalq artisti Aygün Kazımovanın küsülü olduğu sənətçilərin siyahısı da uzundur. Onlar arasında Sevda Ələkbərzadə, Natəvan Həbibi, Röya və Elnarə Xəlilovanın adlarını çəkmək olar. A. Kazımovanın S. Ələkbərzadə ilə münasibətlərinin korlanmasının tarixi 2007-ci ilə təsadüf edir və deyilənə görə, birincinin digərinin anası haqqında söylədiyi fikirlərdən qaynaqlanır. A. Kazımova dəfələrlə S. Ələkbərzadənin ifasını bəyəndiyini deyib, lakin ona yalnız radioda oxumağı məsləhət görüb. Bu ikili uzun müddətdir nəinki təmasdan qaçır, hətta qarşı-qarşıya gələndə salamlaşmır. A. Kazımova ilə N. Həbibinin münasibətlərindəki soyuqluğun təməli isə yerli televiziyaların birində yayımlanan “Nömrə-1” şousunda qoyulub. Röya-Aygün konfliktinə gəldikdə, münasibətlərin pisləşməsinin səbəbi birincinin xalq artistinin ünvanına dediyi sözlər olub. A. Kazımova da söz altında qalan olmadığından hər dəfə Röyanın cavabını artıqlaması ilə verib. Bu küsülülük bəziləri tərəfindən sənət qısqanclığı və şou dünyasında birincilik davası kimi qiymətləndirilsə də, Aygün Röyanı özünə rəqib görmədiyini dəfələrlə bəyan edib. Ümumiyyətlə, Aygün Kazımova müəllimi Vaqif Gərayzadənin vaxtilə yaratdığı “W-trio” qrupunun heç bir üzvü ilə kəlmə kəsmir. Elnarə də bu baxımdan istisna deyil.
Şou nümayəndələri arasında uzun müddət yaxın dost olduqları zənn edilən Zülfiyyə Xanbabayeva ilə Aygün Kazımova cəmiyyət arasında görüşsələr də, münasibətləri əvvəlki kimi deyil. Zülfiyyə Xanbabayeva ilə əməkdar artist Aygün Bəylər arasında soyuqluq isə bir neçə il əvvəl Sibel Canın Bakıda keçirilən konsertində əmələ gəlib. Belə ki, həmin konsertdə Z. Xanbabayeva uğurlu çıxış edə bilmədiyindən səhnəyə A. Bəyləri çıxarıblar, bu isə Zülfiyyə xanımda qısqanclıq yaradıb. Qısqanclıq özünü bu yaxınlarda daha bariz göstərib. A. Bəylərin Z. Xanbabayevanın repertuarına müraciət etməsi ikincinin qəzəbinə səbəb olub və o, İradə İbrahimovanın toyunda bunu açıq-aydın büruzə verib.
İradə İbrahimovanın kəlmə kəsmədiyi müğənnilər arasında isə Röya, Səidə Sultan, prodüserlər Anar və Elnurə Mədətovlar var. Röya ilə İradənin qalmaqalının əsası bir müddət əvvəl qoyulub.
Xalq artisti Faiq Ağayevlə Abbas Bağırov arasındakı sevgisizlik də çoxlarına məlumdur. Münasibətlərin korlanmasına toy bazarında baş verən proseslər səbəb olub. (Yeri gəlmişkən qeyd edək ki, Abbas Bağırov müğənni Elnurla da danışmır.) F. Ağayevin münasibət saxlamadığı müğənnilər arasında Nadir Qafarzadə, Kərim, Rəqsanə İsmayılova və prodüser Rüfət İsmayılov da var. Xalq artisti ilə Kərim arasındakı “soyuq müharibə”nin səbəbi Kərimin F. Ağayevin keçmiş qaynı Rüfət İsmayılovla işbirliyi qurmasıdır.
Müğənni Nura Surinin kəllə-kəlləyə gəldiyi həmkarları sırasında xalq artisti Aygün Kazımova, müğənnilər Zamiq, Natəvan Həbibi, Röya, stilist Anar Ağakişiyev, eləcə də prodüser Tarix Əliyevin (Tolik) adlarını sadalamaq olar.
Xalq artisti Nazpəri Dostəliyevanın “qara siyahı”sında isə Brilliant Dadaşova, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi kimi tanınmış sənət adamları var.
Araşdırmamız zamanı o da üzə çıxdı ki, indiyə qədər ictimaiyyətə məlum olmayan küsülülər də var. Məsələn, əməkdar artistlər Manana ilə Azərin uzun müddətdir bir-birindən gen gəzir...
Siyahını uzatmaq da olar, lakin bu mövzuya müraciət etməkdə məqsədimiz mövcud narazılıqları, qarşıdurmaları daha da qızışdırmaq, sönmüş vulkanları oyatmaq deyil, keçmişdə əsası qoyulan xoşagəlməz ənənələrin bu gün gənc müğənnilər tərəfindən davam etdirildiyinə diqqət çəkməkdir. Təəssüf ki, özünü sənətdə çox-çox öncələr təsdiq etmiş yaşlı-başlı sənətçilərimiz gənc müğənnilərə örnək olmaq əvəzinə, yanan oda neft tökməyə davam edir, hətta heç ehtiyacları olmadığı halda, sənətdə ilk addımlarını atan bu gənclərlə söz davasına çıxır, rəqabətə girirlər. Bu gün gəncləri mənasız düşmənçilikdə qınayan yaşlı nəslin nümayəndələri unutmasınlar ki, bu ənənənin əsası məhz onlar tərəfindən qoyulub. Necə deyərlər, dünya gör götür dünyasıdır...
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib