Rafet El Roman: “Keçmiş həyat yoldaşımla yenidən evlənəcəyim barədə yayılan xəbərlər yalandır”- MÜSAHİBƏ - FOTOSESSİYA
- Bu, Bakıya neçənci səfərinizdir.
- Bakıya gəlişimin sayını mən də dəqiq deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, 10 ildir hər il bu şəhərin qonağı oluram. Ancaq mənim bu şəhərdə 9 konsertim keçirilib. Bundan əlavə toylara, ad günlərinə də dəvət olunuram. Bakıda özümü evimdəki kimi hiss edirəm. Azərbaycanla Türkiyəni heç zaman ayırmamışam və burada olanda başqa bir ölkədə olduğumu unuduram. Bu həm böyük sevgi hissindən doğur, həm eyni ləhcədə danışırıq, səmimiyyət, istiqanlılıq eynidir. Konsertlərimi həyata keçirən təşkilatçı ilə 10 ildir işbirliyi edirik. Həm getdiyimiz restoranlar, hətta media mənsubları da eynidir. Bakının çox qısa bir müddətdə inkişaf etdiyini və dəyişdiyini görürəm. Amma səmimiyyət, insanlıq, gözəlliklər hər zaman eynidir. Bakı mənim həyatımın və karyeramın vaz keçilməz nöqtəsidir.
- Rafet El Roman Bakıdakı dəyişikləri necə dəyərləndirir?
- Dəyişiklik çoxdur, bunları sayıb qurtara bilmərəm. Hava limanından başlayaraq bu dəyişiklik hiss olunur. Küçələr çox işıqlandırılıb, əvvəllər Bakının küçələri bu qədər işıqlı olmurdu. Yeni tikilən binalar şəhəri daha da gözəlləşdirir. Yeniliklə yanaşı şəhərin tarixi görkəmi saxlanılıb və bu da çox təqdiredicidir. Hər şeydə dəyişiklik olduğu kimi musiqi sahəsində də çox yeniliklər hiss olunur. Ancaq həm Azərbaycan, həm də Türkiyədə yeni çıxan sənətçiləri təqib etməyə belə vaxtım olmur. Hər gün yeni adamlar səhnəyə çıxır, amma gözəl əsərləri olanlar, xalqın dəstəyini qazananlarının sənətdəki ömrü uzun olur.
- Tamaşaçılarınızı itirməmək üçün hansı yollara əl atırsınız?
- Sürəkli gözəl və sevilən bəstələr hazırlamaq məcburiyyətindəyəm, yoxsa mən də bir gün unudula bilərəm. Gözəl əsərlərim olsa da gündəmdə qalmaq və var olmaq üçün hər zaman yeniliklər etməliyik. Yaşımın tən yarısındayam, 42 yaşım var və mən 65-70 yaşıma qədər səhnədə qalmaq niyyətindəyəm. Bunun öhdəsindən gəlmək üçün gözəl, yeni mahnılarla sevənlərimizin qarşısına çıxmaq məcburiyyətindəyik. Bu bitib tükəndiyi vaxt mənim də sənətdə vaxtım bitəcək.
- Çox qısa bir zamanda məşhurlaşan tələbəniz Yusif Güney kimi yeni tələbələriniz olacaqmı?
- Əlbəttə olacaq. Kəşf etdiyim başqa gənclər var, onları yaxın zamanlarda tanıyacaqsınız. Səhər adlı bir gənc sənətçi var, yarı azərbaycanlı, yarı iranlıdır, özü isə Almaniyada yaşayır. Hazırda Türkiyədədir və türk dilini daha dərindən öyrənməklə məşğuldur. Mən ona gözəl bir bəstə hazırlamışam. 2010-cu ilin aprel ayında onu ilk dəfə ekranlara çıxaracağıq, ümid edirəm ki, bu tələbəmi də sevəcəksiniz. Əslində mən onları tələbə kimi görmürəm, onların hər biri ilə işləməyə başlayanda deyirəm ki, hər kəsin öz dəsti-xətti, öz karyerası, öz adı və öz bacarığı olmalıdır. Birilərinin sürəkli mənim kölgəmin altında qalmasını da istəmirəm. Onlara başdan öz dəsti-xəttilərini, musiqi tərzlərini müəyyənləşdirmələrini və mənə güvənməmələrini söyləyirəm. Əlbəttə ki, mən inandığım, şirkətim və leyblim olduğu üçün birilərini tanıtmaq, ortaya çıxarmaq istəyirəm. Çünki mən özümü musiqi ilə dolandırıram. Amma onlara söylədiyim ilk şeylərdən biri o olur ki, mənə bənzəməyə çalışmasınlar, onsuz da bir Rafet var, digər biri onun sadəcə bir təqlidi olaraq qəbul olunacaq.
- Səfəriniz zamanı eyni zamanda Azərbaycanda valideyn himayəsindən məhrum olmuş istedadlı uşaqların ifalarını dinlədiniz. Onlardan birini Türkiyəyə aparıb populyarlaşdırmaq fikriniz yaranmayıb ki?
- Bu uşaqların yaşı çox azdır. Onlar da sizlərin yönləndirməsi, televiziya şou proqramları ilə bəlkə bir yerlərə gələcəklər. Ancaq onların ifaları məni valeh etdi və bu yarışmanın nəticəsinin müsbət olacağına inanıram. Sözsüz ki, istedadlı bir gəncin yetişməsini və populyarlaşmasını çox istərdim. Bəlkə də belə bir addımım olacaq. Dünyanın hansı ölkəsinə baxsanız görərsiniz ki, bu cür yarışmalardan böyük ulduzlar çıxmayıb. Böyük ulduzlar özləri öz yolları ilə sənətə yol tapıblar və sənət nümayiş etdirərək ulduz olublar. Burada hər kəs bir proqrama bağlıdır. Ancaq ola bilər ki, bu müsabiqə həqiqətən də ulduz yetişdirsin.
- Sizin Azərbaycana tez-tez gəlməyiniz sözsüz ki, burada da birmənalı qarşılanmır. Belə bir düşüncə var ki, Sizin Azərbaycana gəlişinizin səbəbkarı bir qadındır...
- Qətiyyən belə bir şey yoxdur. Mənim Azərbaycanda sevgilim yoxdur və bu fikrin haradan formalaşdığını bilmirəm. Sadəcə deyə bilərəm ki, bu fikir çox yanlışdır.
- Bəs Türkiyədə necə, sevgiliniz varmı? Qarşıdakı planlarda evlilik də olacaqmı? Türkiyə şou-proqramlarından onu da eşitmişik ki, keçmiş həyat yoldaşınızla yenidən evlənmək istəyindəsiniz...
- Evlilik hələ yoxdur, ancaq yeni sevgilim var. Onunla münasibətlərimiz çox gözəldir və sevmək insan həyatında ən önəmli hadisədir. Sevmədən yaşamaq qeyri-mümkündür. Ancaq onunla evlənmək fikri gələcək planlarımıza daxil deyil. Keçmiş həyat yoldaşımla, yəni uşaqlarımın anası ilə aramızda dostluqdan başqa heç nə yoxdur. Keçmişimizi bir kənara buraxıb, gözəl və mədəni insanlar kimi uşaqlarımızla bir yerdə görüşürük. Həyat çox qısadır və buna görə də bir-birimizi üzməyə dəyməz. Bu işi həddindən artıq çox uzatdıq. Ekranlardakı polemiklər, bununla bağlı sürəkli yazılar - bunlar gözəl şeylər deyil və bunu gec də olsa ikimiz də anladıq. Uşaqlarımız və özümüz üçün daha gözəl, daha örnək bir qərar qəbul etdik. Qarşılıqlı sevgi və ya hiss isə qətiyyən yoxdur və ola da bilməz. Bu olsa belə artıq davamı ola bilməz.
- Bəs Azərbaycanda yaşamaq və burada biznes qurmaq fikriniz yoxdur?
- Azərbaycanda yaşamaq üçün bir səbəbim olarsa, sevə-sevə burada yaşayaram. Hazırda Bakıda biznes qurmaq niyyətim yoxdur. Ancaq bunu istisna da etmirəm, həyatda hər an hər şeyə hazır olmaq lazımdır.
- Sizdən yeni albom və ya klip gözləyəkmi?
- Bəli gözləyin və mən sizlərin görüşünə yeni albomla gələcəyəm. 2010-cu ilin aprelində yeni albomum çıxacaq. Bu alboma 10 yeni mahnı toplanacaq. Yeni alboma Azərbaycanın milli musiqi alətləri olan tar və kamanın müşayiəti ilə də mahnı daxil etməyi düşünürəm. Mən yenilikləri sevirəm. Mahnının tərzindən asılı olaraq düzgün musiqi alətindən istifadə etməyi xoşlayıram.
- Türkiyədəki sənət adamları siyasətlə çox yaxından maraqlanırlar. Sizi də bu sıraya daxil etmək olarmı? Özünüzü siyasətdə sınamaq fikriniz varmı?
- Türkiyədəki siyasi durumla çox yaxından maraqlanıram. Bizim siyasi durumumuz sizə nəzərən bir az daha çətindir. Biz daha kosmopolit, daha böyük, daha fərqli mədəniyyətlərdən formalaşan bir xalqıq. Bu səbəbdən də Türkiyədə baş nazir vəzifəsini icra edənlərin də işi çox çətindir. Bütün milləti bir yerə toplamaq dövlət başçısının və baş nazirin ən çətin işlərindən biridir. Ona görə də hər zaman deyirəm ki, Türkiyədə dövlət rəhbərliyinə kim gəlsə, çox böyük dəyişiklik olmayacaq, öz içimizdə olan qarışıqlıq bir müddət davam edəcək. Onsuz da biz bir xalq olaraq buna alışmışıq və bununla yaşayırıq. Azərbaycandakı kimi Türkiyədə də çox şey dəyişməyəcək. Siyasətlə yaxından maraqlansam da, siyasətə bulaşmaq istəmirəm, çünki siyasət fərqli bir şeydir. Biz mahnılarımızla hər zaman dürüst, doğruları olduğu kimi anlada bilirik, duyğu və düşüncələri paylaşa bilirik. Siyasət də isə belə bir şey yoxdur. Siyasətdə bəlli bir yerə gəlmək üçün bəzən şişirdilmiş vədlər, yalan, bəzən bacarmayacağınız şeyləri də demək lazımdır. Mən xalqa heç zaman yalançı vədlər verə bilmərəm, verilən hər bir vəd həyata keçirilməlidir. Yəni siyasət mənlik deyil. Bu seçimi etmiş insanlara hörmətim var, amma daha öncə sənətdən gəlib siyasətə qoşulan insanların hamısı çox uzağa gedə bilməyib. Bu zamana kimi Türkiyədə sənətdən gələn xarici və ya daxili işlər naziri görmədim. Elə dünyada da bunun çox az örnəkləri var. Bu sırada Amerikada əvvəl kino artisti olub, sonra isə baş nazir olmuş Ronald Reyqanın adını çəkə bilərəm. Ancaq mən heç zaman özümü nə çox kiçik, nə də çox böyük gördüm. Mənim də mənfi xüsusiyyətlərim var, bəzən xəstə oluram. Əsasən insan dəyərlərinə çox önəm verirəm.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib