Bank Of Baku

“Eurovision” müsabiqəsinin simvolik açarı Osloya təqdim olunur

“Eurovision” müsabiqəsinin simvolik açarı Osloya təqdim olunur
# 04 dekabr 2009 08:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Norveç paytaxtında “Eurovision-2009” müsabiqəsinə ev sahibliyi etmiş Moskva “Eurovision-2010”a ev sahibliyi edəcək Osloya yarışmanın simvolik açarını verəcək. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, açarın təqdimatında “Eurovision-2009”un qalibi, norveçli Aleksandr Rıbakın çıxışı nəzərdə tutulub. Tədbirdə “Eurovision-2009” müsabiqəsi ilə bağlı hazırlanmış film də nümayiş olunacaq.

Əlavə edək ki, “Eurovision-2010” müsabiqəsinə hazırlıq məqsədilə Avropa Yayım Birliyi tərəfindən xüsusi heyət formalaşdırılıb. Bu heyət 2010-cu ildə “Eurovision”a ev sahibliyi edəcək Oslonun işinə nəzarət edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR