Bank Of Baku

Madonnanın rəqqası Ermənistanı “Eurovision”da təmsil etməyə hazırlaşır

Madonnanın rəqqası Ermənistanı “Eurovision”da təmsil etməyə hazırlaşır
# 07 dekabr 2009 10:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ermənistan “Eurovision-2010” müsabiqəsinə qatılacaq təmsilçilərini seçmək üzrədir. APA-nın xəbərinə görə, yarışmada bu ölkə adından Emmi və Mihran cütlüyünün çıxış edəcəyi gözlənilir. Bu barədə “youtube.com” saytında videoxəbər yerləşdirilib. Mihran dünya şöhrətli müğənni Madonnanın əsas rəqqasıdır. Eyni zamanda o, R&B (hip-hop) ulduzudur. Emmi isə Ermənistanın tanınmış müğənnisidir və ABŞ-da yaşayır.

Qeyd edək ki, “Eurovision-2010” müsabiqəsi may ayında Norveçin paytaxtı Osloda keçiriləcək. Mayın 25-də və 27-də yarımfinal, 29-da isə final mərhələsi baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR