Bank Of Baku

Rusiyanın tanınmış modeli və televiziya aparıcısı Maşa Malinovskaya Bakıya gələcək

Rusiyanın tanınmış modeli və televiziya aparıcısı Maşa Malinovskaya Bakıya gələcək
# 07 dekabr 2009 10:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın tanınmış modeli, televiziya aparıcısı Maşa Malinovskaya Bakıya gələcək. APA-nın məlumatına görə, o dekabrın 18-də Bakıda “Face club”da keçiriləcək səyyar gecədə aparıcılıq edəcək. “Face-club”un piar-meneceri Eldar Hüseynzadənin APA-ya verdiyi məlumata görə, onunla yanaşı, həmin gecədə Petr Çvetkov (Gold Sky) və Aleksandr Voroyov kimi Rusiyanın tanınmış “dj”ləri iştirak edəcəklər.

Qeyd edək ki, “Gold Sky” fəaliyyətinə model kimi başlayıb və sonra “dj”lik etməyə başlayıb. Moskvada keçirilən bütün dəbli gecələrin prime-time rolunda o iştirak edir.
A. Vorobyov isə hüquqşünas təhsili alıb. Bununla yanaşı o kinoda da çəkilib və “Meqapolis FM“in aparıcısıdır. A. Vorobyov Gold Sky-la məşhur “Çiki-riki” kompozisiyasını yazdırıblar. Onun iştirakı olmadan Moskvada heç bir tədbir keçirilmir. Moskvada “Opera” klubunda keçirilən şənbə gecələri onun adı ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR