Bank Of Baku

“Eurovision-2010” müsabiqəsi “Anı bölüşün” devizi altında keçiriləcək – FOTO

“Eurovision-2010” müsabiqəsi “Anı bölüşün” devizi altında keçiriləcək – <font color=red>FOTO </font>
# 07 dekabr 2009 11:42 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2010-cu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision” müsabiqəsinin devizi və loqosu təqdim olunub. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, deviz və loqo bu günlərdə Osloda Yayım Şurasının keçirdiyi iclasda açıqlanıb. “Eurovision-2010” müsabiqəsinin sloqanı “Anı bölüşün” (“Share the moment”) olacaq. İclasda Yayım Şurasının nümayəndəsi bildirib ki, artıq “Eurovision-2010” müsabiqəsinin devizi və sloqanı ilə bağlı üç rolik youtube.com internet saytında yerləşdirilib. Gələn il bu müsabiqəyə ev sahibliyi edəcək Norveçin televiziyasının “NRK” prodüser Hasse Lindmo çıxışında gələn ilki müsabiqədə bir sıra yeniliklərin olacağını da bildirib. Bu yeniliklərin hələlik sirr kimi saxlanıldığını qeyd edən prodüser, müsabiqənin büdcəsinin də xeyli olacağını gizlətməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR