Bank Of Baku

Heydər Əliyev Sarayında “Qiş nağılı” adlı yeni il şənlikləri keçiriləcək

Heydər Əliyev Sarayında “Qiş  nağılı” adlı yeni il şənlikləri keçiriləcək
# 07 dekabr 2009 13:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2010-cu il yanvarın 2-də,3-də və 4-də Heydər Əliyev Sarayında “Qiş nağılı” adlı yeni il şənlikləri keçiriləcək. Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadənin APA-ya verdiyi məlumata görə, üç günlük şənlikdə “Çiçəyim” Uşaq Teatrı, “Dəcəl qızlar”, “Azəri inciləri” və “Şənlik” rəqs kollektivləri, müğənnilər Ayaz Qasımov, Sabir Əhmədov, Ayan Babakişiyeva, Çingiz Mustafayev, Səfurə Əlizadə və başqaları çıxış edəcək. Azyaşlı tamaşaçılar çəkməli pişik, Vinni pux, Şreyk, uzunqulaq, Cırtdan, Qırmızı papaq, küpəgirən qarı, Şəngülüm, Şüngülüm və Məngülümün yeni il macəralarına, rəngarəng rəqs nömrələrinə tamaşa edəcək, şən nəğmələr dinləyəcəklər. Tədbirlər saat 13:00-da başlanacaq. Biletlərin qiyməti 3-10 manat arasındadır.
Qeyd edək ki, “Qış nağılı” adlı yeni il şənliklərinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR