Avropa Yayım Birliyi “Eurovision” müsabiqəsi üçün hazırladığı rolikə siyasi çalar qatdığı üçün Ermənistana xəbərdarlıq edib
Müsabiqənin rəsmi internet saytında yerləşdirilən xəbərlə bağlı “Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli isə APA-ya bildirib ki, Azərbaycanla bağlı verilən qərar EBU-nun son və qəti qərardır: “Məncə, bu, ədalətli qərardır. Avropa Yayım Birliyinin qərarına əsasən, biz 2700 avro məbləğində cərimə ödəmişik. Ümumilikdə isə onu qeyd etmək istərdim ki, Avropa Yayım Birliyinin çox demokratik qurumdur və istənilən qərar ətraflı, dəqiq araşdırmadan sonra verilir. Ona görə də verilən qərarın ədalətsiz, yaxud sərt cəza olmasını söyləmək düzgün deyil. İctimai Teleradio aparılan bütün müzakirələrdə iştirak edib, baş vermiş qüsurun araşdırılmasında əsas tərəf olub. Ona görə də qəbul olunan qərara hörmətlə yanaşırıq. Məncə, bu cür qərarların verilməsi cəza deyil, EBU-nun mövcud qanun və qaydalarına özünün və üzvlərinun daha ciddi yanaşmasıdır. Çıxarılan qərarın Azərbaycanın növbəti yarışmada iştirakına təsiri yoxdur. Azərbaycan “Eurovision-2010”-da da layiqincə təmsil olunacaq”.
A. Kərimli qeyd edib ki, Ermənistanın bu cür çıxışları heç də qərarda hansısa dəyişikliyin olacağı anlamına gəlmir: “Həmin qərara əsasən, Azərbaycan və İspaniyaya xəbərdarlıq olundu və bununla bağlı qoyulan cərimə ödənildi. Biz EBU-ya yetəri qədər dəlil və sübutlar təqdim etdik. EBU isə bildirdi ki, həqiqətən də Azərbaycan televiziyasında Ermənistan təmsilçilərinin sms nömrələrinin yazılmaması texniki səbəbdən baş verib. Bu qərardan sonra isə hansısa şikayət verilə bilməz. EBU-nun müvafiq tənzimləyici sənədlərində və nizamnaməsində də müvafiq müddəalar göstərilib. Nizamnamədə bildirilir ki, EBU-nun son və qəti qərarından sonra şikayət verilə bilməız”.
A. Kərimli bildirib ki, Ermənistanın “Eurovision-2010” müsabiqəsində iştirakdan imtina edib-etməyəcəyi öz işidir: “Ermənistan müsabiqədən imtinasına hansısa don geyindirmək istəyirsə, bu onun öz işidir. Ancaq onu bildirmək istərdim ki, gələnilki “Eurovision” müsabiqəsində təmsilçiliyi təsdiqlənmiş ölkələr dekabrın ortalarına kimi iştirakdan imtina edə bilərlər. Bu tarix isə EBU tərəfindən qoyulub. İstənilən ölkənin göstərilən tarixədək müsabiqədən imtina etmə hüququ var. Yanvar ayının əvvəllərində isə artıq “Eurovision-2010” müsabiqəsində iştirakçı ölkələrin son siyahısı açıqlanacaq”.
Etibarlı mənbələrdən isə APA-ya bəlli olub ki, Azərbaycanla bağlı verilən qərarla yanaşı, Ermənistana da EBU tərəfindən xəbərdarlıq olunub. Bu xəbərdarlıq Ermənistana “Eurovision-2009” müsabiqəsi üçün hazırladığı rolikə siyasi çalar qatdığı üçün edilib. Ermənistan isə müsabiqədə siyasi müdaxiləyə bir daha yol verməyəcəyinə dair EBU-ya söz verib.
Qeyd edək ki, EBU noyabrın 21-də Azərbaycanın İctimai Televiziyası ilə bağlı rəsmi bəyanat yayıb. Bəyanata görə, İctimai Televiziya itirilmiş gəlirin qaytarılmasına və cərimənin ödənilməsinə görə məsuliyyət daşıyır. Avropa Yayım Birliyi, həmçinin İTV-yə xəbərdarlıq edib ki, qaydalar yenidən pozularsa, ölkənin müsabiqədə iştirakına üç il ardıcıl qadağa qoyula bilər.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib