Adil Kərimli: ““Eurovision” bir musiqi yarışmasıdır, siyasi mübarizə deyil” - MÜSAHİBƏ
- Azərbaycanın “Eurovision” müsabiqəsində iştirakına yaranan problemlər tam həllini tapdımı?
- Əslində, bu məsələni problem kimi qiymətləndirmək doğru olmaz, bu, bir araşdırma idi. Avropa Yayımları Birliyinin apardığı araşdırmalar nəticəsində müvafiq qərar qəbul edildi. Qaldı Azərbaycanın 2010-cu il “Eurovision” mahnı müsabiqəsində iştirakına, burada heç bir problem yoxdur.
- Avropa Yayım Birliyinin İTV-ni 2700 avro dəyərində cərimə etməsi Sizcə düzgün qərardır?
- Məncə, bu, ədalətli qərardır. Ümumiyyətlə, Avropa Yayım Birliyi çox demokratik qurumdur və istənilən qərar ətraflı, dəqiq araşdırmadan sonra verilir. Ona görə də verilən qərarın ədalətsiz, sərt olduğunu söyləmək düzgün deyil. Eyni zamanda, İctimai Teleradio aparılan bütün müzakirələrdə iştirak edib və baş vermiş qüsurun araşdırılmasında əsas tərəf olub. Ona görə də qəbul olunan qərara hörmətlə yanaşırıq. Məncə, bu cür qərarların verilməsi cəza deyil, AYB-nin mövcud qanun və qaydalarına özünün və üzvlərin daha ciddi yanaşmasıdır.
- Bizdə olan məlumata görə, Avropa Yayım Birliyi Azərbaycanın müsabiqədə iştirakı ilə bağlı qərar verərkən, Ermənistanı da müsabiqəyə siyasi don geyindirməkdə qınayıb və bununla bağlı xəbərdarlıq edib...
- Doğrudur, Ermənistana cərimə tətbiq olunmayıb, lakin belə halın bir daha təkrarlanmaması ilə bağlı onlara ciddi xəbərdarlıq edilib.
- “Eurovision-2009” müsabiqəsində Azərbaycan təmsilçilərindən biri olan Araşın iştirakı birmənalı qarşılanmadı. Erməni təmsilçilərinə səs göndərən Azərbaycan vətəndaşları da etirazlarını bu yolla bildirdiklərini dedilər. Növbəti illərdə də digər ölkə sənətçisi Azərbaycanı sözügedən müsabiqədə təmsil edə bilərmi və bu, nə dərəcədə doğrudur?
- “Eurovision” Mahnı Müsabiqəsində belə bir təcrübə mövcuddur. Bu təcrübədən uğurla istifadə edənlərdən biri də məhz Azərbaycan oldu. Təbii ki, bir məqamı nəzərə almaq çox vacibdir. Əsas iştirakçı mütləq azərbaycanlı olmalıdır.
- “Eurovision-2010” müsabiqəsi üçün aparılan milli seçimlər hansı mərhələdədir və təmsilçimiz hansı yolla seçiləcək?
- Seçim davam edir. Müsabiqənin son mərhələsi və keçirilmə forması ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək. Onu da deyim ki, seçim peşəkar jüri tərəfindən aparılır.
- “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil etmiş sənətçilərin müsabiqədən sonrakı fəaliyyəti o qədər də nəzərə çarpmır. İTV müsabiqədən sonra təmsilçilərimizin aqibəti ilə maraqlanırmı?
- “Eurovision” müsabiqəsindən sonra hər bir təmsilçi müstəqil fəaliyyət göstərir. Bununla yanaşı, onların yaradıcı fəaliyyətini bir teleradio kimi biz də izləyirik.
- Avropa Yayım Birliyi 2010-cu il üçün “Eurovision” müsabiqəsinin qaydalarında bir sıra dəyişikliklər edib. Bu dəyişikləri necə qiymətləndirirsiniz?
- Edilən dəyişikliklərə heç bir iradımız yoxdur. Düşünürəm ki, bu dəyişikliklər AYB-nin qaydalarının təkmilləşdirilməsinə xidmət edir. Bu dəyişikliklər müsabiqə zamanı AYB-nin qaydalarına daha ciddi riayət olunmasına xidmət edəcək.
- “Eurovision” müsabiqəsinin musiqi yarışmasından daha çox siyasi yarışma olması barədə fikirləri bölüşürsünüzmü?
- Yox, bu, bir musiqi yarışmasıdır, siyasi mübarizə deyil.
- İki ildir, bu müsabiqədə təmsil olunmağımıza baxmayaraq, Azərbaycanın müsabiqə ilə bağlı saytı yoxdur. Nədənsə müsabiqə ilə bağlı məlumatlar çox çətinliklə əldə olunur. Bu halın aradan qalxması üçün hansı tədbirlər görülür?
- “Eurovision” mahnı müsabiqəsi ilə bağlı məlumatlar müxtəlif mənbələrdən əldə oluna bilər. Məlumatların yerləşdirildiyi eurovision.az saytı isə tezliklə bərpa olunacaq. Bununla bağlı hazırda işlər gedir.
- Ölkələr “Eurovision”da iştirak üçün nə qədər vəsait xərcləyir? Bu müsabiqədə iştirak üçün bu xərci çəkməyə dəyərmi?
- “Eurovision”da iştirak üçün ölkələrin çəkdiyi xərclər müxtəlifdir. Konkret rəqəm söyləmək çətindir. Hesab edirəm ki, mədəniyyətimizin və musiqimizin təbliği, eyni zamanda ölkəmizin dünya ictimaiyyətinə daha yaxından tanıdılması baxımından bu əhəmiyyətli bir layihədir. Ona görə də bu işlərə müəyyən qədər vəsait xərcləməyə dəyər.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib