Bank Of Baku

Ali Məhkəmə İlhamə Quliyevanın xeyrinə qərar çıxarıb

Ali Məhkəmə İlhamə Quliyevanın xeyrinə qərar çıxarıb
# 11 dekabr 2009 11:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Ali Məhkəmədə xalq artisti İlhamə Quliyevanın xalq artisti Flora Kərimova ilə bağlı məhkəmə qərarından verdiyi kasasiya şikayətinə baxılıb. İlhamə Qulieyavnın mətbuat katibi Faiq Ələkbərlinin APA-ya verdiyi məlumata görə, hakim Əsəd Mirzəliyevin sədrliyi ilə keçirilən məhkəmə İlhamə Quliyevanın xeyrinə qərar çıxarıb.

Mətbuat katibi İ. Quliyevanın Nəimi rayon Məhkəməsində F. Kərimovaya qarşı şərəf və ləyaqətin təhqiri və işgüzar nüfuzun aşağı salınması ilə bağlı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia qaldırdığını xatırladıb: “Flora Kərimova İlhamə xanımın ünvanına təhqiramiz ifadələr səsləndirmişdi. Həmin məhkəmədə Flora Kərimova İlhamə Quliyevaya qarşı qarşılıqlı iddia qaldırıb və iddiasında qeyd edib ki, İlhamə xanım guya 14 ildir YAP-ın üzvü və Az.TV-nin solisti deyil. O zaman Nəsimi rayon Məhkəməsində Flora Kərimovanın qarşılıqlı iddiası rədd edildi. Həmin qərardaddan Flora Kərimova Bakı Apellyasiya Məhkəməsinə şikayət verdi və bu instansiya onun şikayətini rədd etdi. Sonradan Flora Kərimova kasasiya şikayəti verdi. Ali Məhkəmə isə şikayəti təmin edib, işi ləğv edərək Apellyasiya Məhkəməsinə göndərdi. Bakı Apellyasiya Məhkəməsi işin baxılacağı vaxt barədə nə İlhamə xanımı, nə də onun vəkili Şəfiqə Nağıyevanı xəbərdar edib. İşə onların iştirakı olmadan baxılıb və Flora Kərimovanın xeyrinə qərardad çıxarılıb”.

Mətbuat katibi İ. Quliyevanın vəkili Ş. Nağıyevanın məhz həmin qərardaddan kasasiya şikayəti verdiyini və Ali Məhkəmənin şikayət təmin etdiyini deyib. Onun sözlərinə görə, iş baxılmaq üçün yenidən Apellyasiya Məhkəməsinə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR