Bank Of Baku

“Fashion TV” telekanalı Bakıda ilk moda sərgisi keçirəcək

“Fashion TV” telekanalı Bakıda ilk moda sərgisi keçirəcək
# 15 dekabr 2009 12:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda ilk dəfə olaraq tanınmış “Fashion TV” telekanalının təşkilatçılığı ilə moda gecəsi keçirəcək. Bütün dünyanın moda sektorunu maraqlandıran bu tədbir “Face club”da təşkil olunacaq. “Face club”un piar-meneceri Eldar Hüseynzadənin APA-ya verdiyi məlumata görə, bu, Bakıda “Fashion TV”nin həyata keçirəcəyi ilk belə tədbirdir. Adətən bu kanal tədbirlərini dünyanın fərqli-fərqli şəhərlərində keçirir. Eyni zamanda kanalın çəkiliş qrupu bu rəngarəng gecədən çəkiliş aparacaq və bu kadrlar dünyanın ən məşhur moda kanalı olan “Fashion TV”də yayımlanacaq. Gecənin əsasını dünyanın moda brendlərinin geyimlərinin nümayişi təşkil edəcək. Həmin gecədə geyimləri nümayiş etdirəcək modelləri telekanal Avropadan dəvət edəcək. Azərbaycanın paytaxtı Bakı şəhərində “Fashion TV”nin təqdim edəcəyi ilk tədbir dekabrın 24-də baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR