Bank Of Baku

Litva “Eurovision”da iştirakdan imtina edib

Litva “Eurovision”da iştirakdan imtina edib
# 16 dekabr 2009 06:59 (UTC +04:00)
Bakı – APA. Litva iqtisadi böhranla əlaqədar “Eurovision-2010” mahnı müsabiqəsində iştirakdan imtina edib. APA-nın “Gazeta.ru” portalına istinadən verdiyi məlumata görə, bunu Litva Televiziya və Radiosunun direktoru Rimvidas Paletskis deyib. O bildirib ki, dekabrın 15-i qərar vermək üçün son gün idi, əks halda sanksiya tətbiq oluna bilərdi: “Lakin formal imtinadan sonra da bizim müsabiqəyə qatılmaq şansımız qalır. İndi bütün səylər sponsor axtarışına yönəlib”.

Xatırladaq ki, “Eurovision-2010” musiqi yarışması Norveçin paytaxtı Osloda təşkil olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR