Bank Of Baku

Rusiyalı müğənnilər Narsis Pier və Yelena Kukarskaya Yeni ili Bakıda qarşılayacaqlar

Rusiyalı müğənnilər Narsis Pier və Yelena Kukarskaya Yeni ili Bakıda qarşılayacaqlar
# 16 dekabr 2009 23:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Rusiyanın tanınmış müğənniləri Narsis Pier və Yelena Kukarskaya 2010-cu ili Bakıda qarşılayacaqlar. Müğənnilər dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Bakıda konsert vermək qərarına gəliblər.

APA-nın məlumatına görə, rusiyalı sənətçilərin konserti Bakıda fəaliyyət göstərən “Face club”da baş tutacaq. Həmin konsertdə “Fabrika zvyozd - 2” müsabiqəsinin iştirakçısı Narsis Pier mahnılar ifa etməklə yanaşı, gecəyə DJ-lik də edəcək. Son zamanlar bu işlə yaxından məşğul olan sənətçi yeniliklərini bakılı pərəstişkarları ilə də bölüşəcək.

Y.Kukarskaya isə bütün gecə sevilən mahnıları ifa edəcək. Yeni il şousunda rusiyalı müğənnilərdən əlavə, azərbaycanlı sənətçilər Elnur Hüseynov və Səbinə Babayeva da çıxış edəcək. Gecədə Moskvadan dəvət olunmuş rəqqasələrin ifasında da maraqlı nömrələrin nümayişi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR