Bank Of Baku

İsfar Sarabski konsert proqramı ilə çıxış edib - FOTOSESSİYA

İsfar Sarabski konsert proqramı ilə çıxış edib - <font color=red>FOTOSESSİYA</font>
# 18 dekabr 2009 07:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. 2009-cu il Montre Caz Festivalında Azərbaycanı təmsil edən və birincilik qazanan İsfar Sarabski dekabrın 17-də Bakıda konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, “İsfar Sarabski. Klub simfoniyası” adı altında baş tutan konsertdə İ. Sarabski canlı və dj musiqisinin sintezini, müasir ritm və improvizasiyalar ifa edib.

Layihədə ən populyar dj Mansur, tanınmış musiqiçilər Ruslan Hüseynov (bas), Tofiq Cabbarov (zərb alətləri), beynəlxalq müsabiqələr laureatı Elnur Hüseynov, Səbinə Babayeva və digər vokalistlər iştirak edib. İki saata yaxın davam edən konsertdə İ. Sarabski Cennifer Lopez, Kristina Agilera, dj Benni Benassi və digər məşhurların mahnılarını sintez edib. Konsertdə “Eurovision” mahnı müsabiqəsində Azərbaycanın ilk təmsilçilərindən olmuş Elnur Hüseynovun ifası və şousu da maraqla qarşılanıb.

Konsertdən sonra APA-ya açıqlama verən İ. Sarabski izləyicilərin ona münasibətindən və alqışlarından məmnun olduğunu vurğulayıb: “Hər çıxışım zamanı tamaşaçıların sevgisini hiss edirəm. Bu sevgiyə görə bütün tamaşaçılara təşəkkür edir və hər zaman onların sevgisinə layiq olacağıma söz verirəm. Mən bunun üçün öz üzərimdə çox işləyirəm. Bu gün təqdim etdiyim konsert üzərində də uzun müddət çalışmışam. Konsertdə sintezə daha çox yer vermişəm və bu sintezin tamaşaçılar tərəfindən də düzgün qavranılmasına çox sevindim”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR