İsfar Rzayev - Sarabski: “Hədəfim ölkəmizi dünyada təmsil etmək və Azərbaycan cazını dünyaya tanıtmaqdır” – MÜSAHİBƏ - FOTOSESSİYA
- Sizin Azərbaycanın məşhur aktyoru və rejissoru Hüseynqulu Sarabski ilə hansı qohumluq əlaqəniz var?
- Hüseynqulu Sarabski anamın babasıdır, mən onun nəticəsiyəm. Mən bu nəslin XXI əsrdəki davamçısıyam. İsfar Sarabski kimi təqdim olunmağım da bu soyadla fəxr etməyimdir. Hər çıxışımda bu nəsildən olduğumu qeyd etməyə çalışıram.
- Montrö Caz Festivalında iştirakınıza qədər Azərbaycanda çox da tanınmamağınızın və məhz bu müsabiqədə birincilik qazanmanızla şöhrət əldə etməyiniz faktını qəbul edirsiniz?
- Əlbəttə, bu faktın doğruluğuna şübhə etmirəm və bu faktla fəxr edirəm. İsfar Sarabki olaraq məhz bu beynəlxalq müsabiqədən sonra tanındım, şöhrət qazandım. Onu da danmıram ki, bu iştirakımdan əvvəl də pərəstişkarlarım olub, ancaq bu uğurdan sonra pərəstişkarlarımın sayı artıb. Montrö Caz Festivalı mənim yaradıcılığımda tamam başqa bir tarixdir. Bu tarixi heç zaman unutmaram, çünki bu tarixdə Azərbaycan qələbə qazandı.
- Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli bizə bildirdi ki, Amerikada təhsil almağınız üçün şərait yaranıb, lakin ingilis dil bilginiz zəif olduğu üçün hələlik bu şəraitdən istifadə etməmisiniz. Amerikada təhsil almaq imkanını nə zamansa reallaşdırmaq istəyiniz var?
- Əslində bu çox gözəl bir imkandır. Həmin vaxt mənim zamanım az idi, o səbəbdən də bu təklifi dəyərləndirə bilmədim. Bütün vaxtımı musiqiyə sərf edirdim, dil öyrənməyə vaxtım yox idi. Ancaq hazırda ingilis dilini öyrənirəm və bu imkandan yaxın gələcəkdə istifadə etməyi düşünürəm. Gələn ilin başlanğıcında Amerikada konsertim olacaq və bu konsertdə rahat çıxış etmək üçün dil bilgimi təkmilləşdirirəm. Bir müddət əvvəl isə Hollivudda konsert verdim və bu konsertim çox yüksək səviyyədə baş tutdu. Düşünürəm ki, ingilis dil bilgim olduqdan sonra xarici ölkələrdə konsertlərimin sayı daha da artacaq.
- Belə nəticəyə gəlmək olar ki, bundan sonra İsfarı ancaq xarici ölkələrdə çıxışlardan izləmək mümkün olacaq...
- Yox niyə bu cür nəticə çıxarırsınız ki? Harada olmağımdan asılı olmayaraq hər zaman öz Vətənimdə çıxış etməyə çalışacağam. Həmvətənlilərim məni Azərbaycan səhnələrində görəcəklər. Avropada da, ABŞ-da da olanda çalışacağam ki, tez-tez Azərbaycana gəlim. Mən azərbaycanlıyam və olduğum hər bir yerdə Azərbaycanı təmsil edirəm. Ən böyük hədəfim də Azərbaycanı dünyada layiqincə təbliğ etmək və beynəlxalq festivallarda Vətənimə qələbə qazandırmaqdır.
- Niyə məhz caz?
- Caz mənə enerji verən bir musiqidir. Caz və klassika məni ruhlandıran musiqidir. Bu musiqidən zövq alıram. Cazsız yaşaya və özümü cazdan ayrı təsəvvür edə bilmirəm. Mənim üçün caz həyatdır, bu həyatda var olmamın səbəbidir. Piano arxasında özümü dünyanın ən xoşbəxt insanı hesab edirəm. Bu mənə verilən ən böyük hədiyyədir. Royal mənim uşaqlıqdan sevdiyim musiqi alətidir, onsuz yaşaya bilmirəm.
- Dünya şöhrətli cazmen Vaqif Mustafazadə cazda yenilik etdi. Caz-muğam sintezi onun adı ilə bağlıdır. Bəs Siz cazda yenilik etmək fikrindəsinizmi?
- Hesab edirəm ki, istənilən musiqiçi yeni bir şeyi öyrənməlidir. Musiqi sonsuzdur və musiqidə yenilik mütləqdir. Yenilik etmək arzum var, ancaq nə zaman? Bunu bilmirəm.
- Montrö Caz Festivalında birincilik əldə etdikdən sonra 2008-ci ildə bu müsabiqədə ikincilik qazanan Şahin Növrəsli ilə münasibətlərinizin korlanması barədə də çox söz-söhbətlər gəzdi. Deyirlər, Sizə göstərilən diqqət Şahini qıcıqlandırır...
- Bu deyilənləri mən də eşitmişəm. Guya Şahin Növrəsli ilə münaqişəliyik və münasibətimiz yoxdur. Qətiyyən belə bir şey yoxdur. Sadəcə bizim onunla heç vaxt yaxın münasibətlərimiz olmayıb. Mən onu çox bacarıqlı bir pianoçu kimi qəbul edirəm və ona hörmət edirəm. Montrödə də o gözəl çıxış edib və Azərbaycanı yüksək səviyyədə təqdim edib. Elə alındı ki, bu müsabiqədə mən birincilik qazandım. Ancaq bu o demək deyil ki, bizim hansımızsa daha yaxşı, hansımızda pisik. Bizim normal münasibətlərimiz var və rastlaşanda da görüşürük. Onunla birgə layihəmiz də ola bilər. Gələcəkdə belə bir layihə olsa, onun üzərində işləmək olar.
- O da sirr deyil ki, dünya musiqiçilərində olduğu kimi, Azərbaycan musiqiçiləri arasında da ifadan əvvəl müxtəlif narkotik vasitələrdən istifadə edənlər var.
- Həqiqətən də narkotik vasitələrdən və ya içkidən istifadə edib səhnəyə çıxan musiqiçilərin olduğunu mənə də məlumdur. Ancaq bu əsas şey deyil, əsas odur ki, o ifasını ürəkdən ifa etsin. Mənə isə bunu aid etmək olmaz. Düzdür, siqaret çəkirəm, içki də qəbul edirəm, amma bundan artıq nəyəsə əl atmıram. Buna əmin olun.
- Yaxın gələcək üçün yaradıcılığınızda hansı yeniliklər olacaq?
- Gələn ilin ilk aylarında silsilə albomlarım olacaq. Bu albomlarda dünyanın tanınmış musiqiçilər ilə də işbirliyini nəzərdə tuturam. Eyni zamanda gələn il üçün silsilə beynəlxalq festivallar gözlənilir. Artıq proqram təsdiqlənmək üzrədir və planlarımız çoxdur. Bu sahədə hədəfim isə Azərbaycanı dünyada təmsil etmək və Azərbaycan cazını dünyaya tanıtmaqdır.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib