Bank Of Baku

Azərbaycanın “Eurovision-2010” təmsilçisinin adı fevralın 2-də məlum olacaq

Azərbaycanın “Eurovision-2010” təmsilçisinin adı fevralın 2-də məlum olacaq
# 24 dekabr 2009 14:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin adı fevralın 2-də məlum olacaq. Məhz həmin gün bu müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyinin (EBU) Azərbaycandakı tərəfdaşı İctimai Televiziya və Radio Verilişləri Şirkəti təntənəli şəkildə milli seçimin finalını keçirməsini planlaşdırır. APA-nın cityconserts.ru saytına istinadən yaydığı xəbərə görə, bu final mərhələsi paytaxtda fəaliyyət göstərən “Buta Palace”də baş tutacaq və seçimlərdə bir neçə turdan finala vəsiqə qazanmış bir neçə namizəd münsiflər heyəti qarşısında çıxış edəcək. Bu çıxışlardan sonra Azərbaycanın “Eurovision-2010” müsabiqəsinin təmsilçisinin adı açıqlanacaq. Milli final konsertində xarici qonaqların da iştirakı nəzərdə tutulur. Konsertdə “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbakın və bir neçə il bundan əvvəl Ukraynanı təmsil edən və müsabiqə birincisi olan Ruslananın iştirakı da gözlənilir. Konsertin çəkiliş hüququ müsabiqənin Azərbaycan üzrə Yayım Şurası olan İTV-yə məxsusdur.

Xatırladaq ki, “Eurovision-2008” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün də təntənəli final gecəsi təşkil olunmuşdu. Həmin final gecəsində də sözügedən müsabiqənin müxtəlif illərdə qalibi olmuş müğənniləri iştirak etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR