Bank Of Baku

Bakıda ilk dəfə olaraq “Fashion TV”-nin moda sərgisi keçirilib - FOTOSESSİYA

Bakıda ilk dəfə olaraq “Fashion TV”-nin moda sərgisi keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 25 dekabr 2009 08:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Dekabrın 24-də Bakıda ilk dəfə olaraq tanınmış “Fashion TV” telekanalının təşkilatçılığı ilə moda gecəsi keçirilib. APA-nın məlumatına görə, bütün dünyanın moda sektorunu maraqlandıran bu tədbir “Face club”da təşkil olunub. Adətən bu kanal tədbirlərini dünyanın fərqli-fərqli şəhərlərində keçirir. Eyni zamanda kanalın çəkiliş qrupu bu rəngarəng gecədən xüsusi çəkiliş aparıb və bu kadrlar 2010-cu ildə dünyanın ən məşhur moda kanalı olan “Fashion TV”də yayımlanacaq. “Fashion TV”nin moda sərgisində “Soiree” brendinin və azərbaycanlı modelyer Leyla Əhmədovanın kolleksiyası həm yerli modellər, həm də “Fashion TV”nin Bakıya dəvət olunmuş modeli Tatyana Ji tərəfindən təqdim edilib. Xüsusi dəfilə formasında təşkil olunan möhtəşəm moda sərgisində Avstriyadan dəvət olunmuş dj Şayn və Rusiyadan dəvət olunmuş rəqqasə Anna Maryaçkanın çıxışları da maraqla qarşılanıb. Gecə saatlarına kimi davam edən moda sərgisinin həm məşq zamanı, həm də bütün gecə xüsusi iki kamera ilə lentə alınıb. Gecənin təşkilatçısı bildirib ki, Azərbaycanda təşkil olunan bu moda sərgisi ilk olsa da, son deyil və bu gecə gələn il də təkrarlanacaq. Azərbaycanlı modelyer Leyla Əhmədova yerli modelyerlər arasında geyimlərini bu kanalda nümayiş etdirən ilk modelyer olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR