Bank Of Baku

Heydər Əliyev Sarayında keçiriləcək “Qış nağılı” bayram şənliyinin baş məşqi keçirilib - FOTOSESSİYA

Heydər Əliyev Sarayında keçiriləcək “Qış nağılı” bayram şənliyinin baş məşqi keçirilib - <font color=red>FOTOSESSİYA  </font>
# 29 dekabr 2009 15:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Yanvarın 2-si, 3-ü, 4-ü və 5-də Heydər Əliyev Sarayında keçiriləcək “Qış nağılı” adlı yeni il şənliyinin bu gün baş məşqi keçirilib. APA-nın məlumatına görə, məşqdə Heydər Əliyev Sarayının rəhbəri Fərhad Babayev, sarayın baş rejissoru Gülçöhrə Şəfiyeva, dekoratorlar, işıq və səs rejissorları iştirak ediblər. Bayram şənliyi üçün yeni süni şam ağacı sifariş olunub. Şənlikdə Şaxta Baba obrazında səhnəyə Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aparıcı aktyorlarından olan Maqsud Məmmədov çıxacaq. Bayram şənliklərində azyaşlı uşaqlar üçün maraqlı hədiyyələr də hazırlanıb. Hər bir uşağa “Danone rostişka” şirkətinin sarayla birgə hazırladığı hədiyyə veriləcək. Bununla yanaşı, Heydər Əliyev Sarayının foyesində “Nestlle” şirkəti tərəfindən məxsusi olaraq sarayın azyaşlı qonaqları üçün satış təşkil olunacaq. Saraydan bildirilib ki, artıq ilk üç gün üçün bayram şənliyinin bütün biletləri satılıb, yanvarın 5-nə isə çox az sayda bilet qalıb.

Xatırladaq ki, dörd günlük proqramda müasir cizgi qəhrəmanları Şrek, Zorro, klassik qəhrəmanlar Qırmızıpapaq, Vinni Pux, Qar kraliçası, eləcə də milli qəhrəmanları görmək mümkün olacaq. Proqrama müasir mahnı və rəqslərlə yanaşı, “Eurovision-2009” mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin ifa etdikləri “Always”, qalib olan Aleksandr Rıbakın “Fairetale” mahnısı kiçik və istedadlı uşaqların ifasında daxil edilib. Bayram şənliyində “Çiçəyim” Uşaq Teatrı, “Dəcəl qızlar”, “Azəri inciləri” və “Şənlik” rəqs kollektivləri, müğənnilər Ayaz Qasımov, Sabir Əhmədov, Ayan Babakişiyeva, Çingiz Mustafayev, Səfurə Əlizadə və başqaları çıxış edəcəklər. Proqram saat 13:00-da başlanacaq. Biletlərin qiyməti 3-10 manat arasındadır.

Qeyd edək ki, “Qış nağılı”nın informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR