Bakı Yeni il bayramı ərəfəsində – REPORTAJ - FOTOSESSİYA
Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA-ya açıqlamasında bildirib ki, artıq quraşdırılma işlərinə başlanılan buz örtüyünün yerləşdiyi ərazinin uzunluğu 40 metr, eni isə 25 metrdir. Buz örtüyünə lazım olan bütün avadanlıqlar Hollandiyadan gətirilib. Rəis müavininin sözlərinə görə, buz örtüyünün iki gün ərzində rəsmi açılışı nəzərdə tutulur. Üç ay paytaxt əhlinin və ölkəmizin qonaqlarının istifadəsində olacaq buz örtüyü üzərində sürüşməyin qiymətləri istifadə müddətinə görə dəyişir. Belə ki, buz örtüyündən 10 dəqiqə istifadə üçün 5 manat, 20 dəqiqə istifadə üçün 8 manat, 40 dəqiqə istifadə üçün 14 manat, 1 saat istifadə üçün isə 20 manat ödənilməlidir. N. Məcidov onu da deyib ki, buz örtüyü üzərində çox tez-tez yıxılma halları baş verdiyi üçün yaranacaq problemlərin tez həll olunması üçün xüsusi tədbirlər də həyata keçiriləcək. Ənənəvi olaraq bu ildən başlayaraq hər ilin üç qış ayı müddətində bu sahə buz örtüyü kimi, qalan mövsümlərdə isə skeytbord sürmək və digər idman növləri ilə məşğul olmaq üçün istifadə olunacaq.
Milli Parkda Şaxta Baba və Qar qızla bərabər süni bəzədilmiş şam ağacı qarşısında şəkil çəkdirmək 2 manata başa gəlir. Yolka qarşısında şəxsi fotoaparatla şəkil çəkdirməyə icazə verilmir. Şəxsi fotoaparatla Şaxta Baba və ya Qar Qızla şəkil çəkdirmək üçün də eyni miqdarda pul ödəmək lazımdır. Milli Parkda müxtəlif bayram ləvazimatlarının qiymətləri şəhərin digər məkanlarındakı qiymətlərdən daha yüksəkdir. Hazır üfürülmüş şarlar 1 manata, oyuncaqlar 3 manatdan 50 manata kimidir.
Fəvvarələr meydanında aparılan təmir-bərpa işləri isə burada alış-satış və bayram tədarükü görmək üçün vəziyyəti çətinləşdirib. Fəvvarələr meydanında əsas yollarda gedişin qapadılması Yeni il bayramı ərəfəsində bu məkanda alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Fəvvarələr meydanında satıcılar satışın Milli Parkdakı kimi yüksək səviyyədə getmədiyini bildiriblər. Yaxınlaşdığımız hər bir satıcı Fəvvarələr meydanında aparılan təmir-bərpa işlərindən narazılıqlarını ifadə etməklə yanaşı, əhalinin alıcılıq qabiliyyətinin də çox aşağı olmasından şikayətləniblər. Fəvvarələr meydanında müxtəlif nöqtələrdə qurulan satış məntəqələrində bayram üçün lazım olan hər şey satılır. Fəvvarələr meydanında mərkəzdən kənar yerlərdə 10 və 5 qəpiyə satılan şarlar 20 – 50 qəpik arasında, süni şam ağacları (yolkalar) ölçüsündən asılı olaraq 5-320 manat arasında, Şaxta Baba böyüklüyündən asılı olaraq 10-250 manat arasında, Şaxta Babanın papaqları 2-4 manat arasında satışa çıxarılıb.
2010-cu il - Pələng ili sayıldığından hər bir satış məntəqəsində yumşaq pələng oyuncağına rast gəlmək mümkündür. Hər il olduğu kimi il hansı heyvan üzərində təhvil olursa, həmin heyvan oyuncaqların qiymətində artım olur. Elə bu il də yumşaq pələng oyuncaqların qiymətində xeyli artım var. Pələng ili üçün oyuncaq firmaları müxtəlif ölçülü və müxtəlif səsli oyuncaqlar istehsal ediblər. Ölçüsündən asılı olaraq oyuncaq pələnglərin qiyməti 6-200 manat arasında dəyişir.
Şəhər əhli isə bayram ərəfəsində hər şeyin bahalaşmasından şikayətlənir. Bayramı daha təmtəraqla qeyd edən azyaşlı uşaqlar üçün isə hazır Yeni il hədiyyələri satışa çıxarılıb. Hədiyyələrin içindəki şirniyyatların ümumi məbləği 1-2 manat etsə də, xüsusi hədiyyə qutusunda hazırlandığı üçün 6-8 manat arasında satışa çıxarılıb. Valideynlər isə içində qiymətindən üç dəfə artıq satılan bu hədiyyələri almaqdansa, özləri övladları üçün hədiyyə düzəltməyə üstünlük verirlər. Gəzinti zamanı bir məqam da diqqətimizdən qaçmayıb. Belə ki, yaxınlaşdığımız satış məntəqələrində bayram üçün partlayıcı oyuncaqların satışına rast gəlmədik. Satıcılar isə bir ağızdan bu səs-küylü partlayıcı oyuncaqların satışına qadağa qoyulduğunu və polislərin bu cür hallara xüsusi diqqət yetirdiklərini bildiriblər. Bir neçə həmkarlarının xəlvəti olaraq partlayıcı oyuncaqlar satdığına görə polis tərəfindən saxlanması digər satıcıları qorxuya salıb və bu səbəbdən onlar belə oyuncaqlar satmamaq qərarına gəliblər.
Maraqlıdır ki, Fəvvarələr meydanı və Milli Parkda satılan bayram hədiyyələri və oyuncaqları müxtəlif metroların keçidində yarı qiymətə almaq olur. Elə məhz bu səbəbdən paytaxt əhli şəhərin mərkəzi küçələrindən alış-veriş etməkdənsə, mərkəzdən kənardakı satış məntəqələrindən bayram ləvazimatlarını daha ucuz almağa üstünlük verirlər.
Bayram ərəfəsində Fəvvarələr meydanında yerləşən bir çox geyim və hədiyyə mağazalarında bayramla əlaqədar endirimlər həyata keçirilir. Bu endirimlər reklam olunduğu faizin miqdarında həyata keçirilməsə də, cüzi endirimlər şəklində baş tutur.
Qaldı ki, Yeni il bayramı münasibəti ilə şəhərin digər məkanlarının bəzədilməsinə... Hələlik şəhəri gəzmək imkanı tapmayanların nəzərinə çatdıraq ki, artıq iki həftəyə yaxındır paytaxtın mərkəzi küçələri işıqlarla bəzədilib, müxtəlif yerlərdə yolkalar qurulub, binaların və şəhər ətrafı nəqliyyat vasitələrinin üzərində 2010-cu il yazıları, eləcə də Qoşa Qala qapısının girişində böyük ölçülü Şaxta Baba quraşdırılıb.
Eləcə də, Yeni il bayramı münasibəti ilə paytaxtda fəaliyyət göstərən bütün teatr və konsert salonlarında silsilə bayram şənlikləri həyata keçirilir. Heydər Əliyev Sarayı, Bakı Dövlət Sirki, Aktyor Evi (Akademik Milli Dram Teatrının kollektivinin iştirakı ilə), Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Dövlət Musiqili Komediya Teatrı və başqa mədəniyyət ocaqlarında bayram şənliklərinə artıq start verilib. Şənliklər 2010-cu ilin yanvarın 6-7-nə kimi davam edəcək. Onu da vurğulamaq yerinə düşər ki, bayram üçün təşkil olunan bu şənliklərin biletləri üçün ayrı, hədiyyələr üçün isə ayrı pul ödənilməlidir. Məsələn, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bayram şənliyinin bileti 3, hədiyyənin qiyməti isə 4 manatdır. Bayram şənliyinə isə bilet hədiyyəsiz satılmır. Bu bayram şənliyində iştirak hər bir uşağa ümumilikdə 7 manata başa gəlir.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib