Bank Of Baku

Aysel Teymurzadə Yeni il bayramı münasibəti ilə pərəstişkarlarına sürpriz edib – FOTO

Aysel Teymurzadə Yeni il bayramı münasibəti ilə pərəstişkarlarına sürpriz edib – <font color=red>FOTO </font>
# 30 dekabr 2009 08:43 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edərək üçüncülük qazanan Aysel Teymurzadə pərəstişkarlarına Yeni il hədiyyəsi edib. Müğənninin APA-ya verdiyi məlumata görə, uzun müddətdir, üzərində işlədiyi yeni mahnısını məhz bayram ərəfəsində dinləyicilərin ixtiyarına verib: “Mənim yeni mahnımı çox gözlədilər. Pərəstişkarlarım bayram ərəfəsində artıq yeni “Fallin” mahnımı dinləyə bilərlər”.

A. Teymurzadə qeyd edib ki, mahnının müəllifləri onun “Eurovision-2009” müsabiqəsində duet ortağı olmuş Araş və britaniyalı musiqiçi Adamdır. Mahnını sənətçinin isveçli prodüseri, musiqiçi Robert Ulman aranjeman edib. Aysel bildirib ki, “Fallin” (“Aşiq olmaq”) lirik mahnıdır, sevgidən bəhs edir: “Bu mahnı mənim arzularımı ifadə edir. Bayram ərəfəsində hər birinizə hər zaman sevməyi və sevilməyi arzu edirəm”.

Qeyd edək ki, Aysel Teymurzadənin mahnısı artıq bir çox internet saytında yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR