Bank Of Baku

Türk müğənnisi Özcan Dəniz martın 14-də Bakıda konsert verəcək – FOTO

Türk müğənnisi Özcan Dəniz martın 14-də Bakıda konsert verəcək – <font color=red>FOTO </font>
# 30 dekabr 2009 10:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Türkiyənin tanınmış müğənnisi və aktyoru Özcan Dənizin Bakı konsertinin tarixi artıq müəyyənləşib. Bu barədə APA-ya konsertin təşkilatçısı “Qoliaf” media prodakşının mətbuat xidmətinin rəhbəri Azər Nəsibov məlumat verib: “Söz vermişdik ki, konsert 2010-cu ilin əvvələrində baş tutacaq. Vədimizə əməl etdik və Özcanın pərəstişkarlarına bildirmək istəyirik ki, konsert 14 mart tarixində paytaxtımızın ən möhtəşəm konsert salonu olan Heydər Əliyev Sarayında baş tutacaq”.

Xatırladaq ki, müğənninin 5 dekabr tarixində Bakıda keçirilməsi nəzərdə tutulan konsertinin təxirə salınmasının əsas səbəbi türk kanallarının birində Özcan Dənizin “Saman yolu” adlı serialın çəkilişlərində iştirak etməsi olub. Müğənni serialda baş rolu canlandırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR