Bank Of Baku

Ukrayna və İsrailin “Eurovision-2010” təmsilçilərinin adı açıqlanıb - FOTO

Ukrayna və İsrailin “Eurovision-2010” təmsilçilərinin adı açıqlanıb - <font color=red>FOTO</font>
# 30 dekabr 2009 11:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 2010-cu ilin mayında Osloda keçiriləcək 55-ci “Eurovision” müsabiqəsində Ukrayna və İsraili təmsil edəcək ifaçıların adı məlum olub. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, Ukraynanı “Eurovision-2010” müsabiqəsində Vasil Lazaroviç təmsil edəcək. Dekabrın 29-da Ukraynanın yerli Yayım Şurasının keçirdiyi mətbuat konfransında təmsilçinin adı açıqlanıb və Vasil Lazaroviçin özü də media nümayəndələrinin qarşısında çıxış edib. Hazırda onun müsabiqədə ifa edəcəyi mahnının müəyyənləşdirilməsi üçün seçim aparılır.
İsraili isə müsabiqədə 28 yaşlı Harel Skaat təmsil edəcək. H. Skaat 1981-ci ildə anadan olub və İsraildəki televiziya müsabiqələrindən birində iştirakı ilə tanınıb. 2006-cı ildə onun ilk solo albomu işıq üzü görüb. H. Skaatın ifa edəcəyi mahnı hələ müəyyənləşməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR