Bank Of Baku

Tanınmış rusiyalı DJ Marqo Saxara Bakıda çıxış edəcək

Tanınmış rusiyalı DJ Marqo Saxara Bakıda çıxış edəcək
# 08 yanvar 2010 21:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiyanın ən yaxşı qadın DJ-lərindən Marqo Saxara Bakıda konsert proqramı ilə çıxış edəcək.

Rusiyalı DJ-in konserti yanvarın 15-də “Face club”da baş tutacaq. “Face club”un piar-meneceri Eldar Hüseynzadənin APA-ya verdiyi məlumata görə, konsertdə rusiyalı rəqqaslar Manqo Saxaranı öz rəqsləri ilə müşayiət edəcəklər.

Məlumat üçün bildirək ki, Manqo Saxara Estoniyadandır və Rusiyanın ən yaxşı 30 qadın dj-dən biridir. O, “Tayfun” və “Dibsiz boçka” festivallarının qalibi olub. M.Saxara tək Rusiyada deyil, Avropa və Asiya ölkələrində də çıxışlar edir. İlk dəfə Bakıda konsertlə çıxış edəcək rusiyalı DJ yeddi ildir ki, bu işlə məşğuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR