Bank Of Baku

“Etiraf” verilişinin aparıcısı İlham Mirzəyev “Space”dən gedir - FOTO

“Etiraf” verilişinin aparıcısı İlham Mirzəyev “Space”dən gedir - <font color=red>FOTO </font>
# 11 yanvar 2010 09:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Etiraf” verilişinin aparıcısı İlham Mirzəyev uzun müddətdir çalışdığı “Space” televiziyasından gedir. İlham Mirzəyev APA-ya açıqlamasında bunun səbəbini adını açıqlamaq istəmədiyi telekanallardan birindən təklif alması ilə əlaqələndirib. Bununla belə, o, bu təklifi qəbul etməyə tələsmədiyini deyib.

4 kitab müəllifi olan psixologiya elmləri namizədi İlham Mirzəyev qəbul edəcəyi hər hansı layihənin yalnız psixologiya elminə aid olmasının onun üçün vacib olduğunu da qeyd edib: “Neçə illərdir, tamaşaçını bezdirmədən eyni layihəni təqdim etməyi bacarıram və öz auditoriyamı toplamışam. Düşünürəm ki, artıq öz şərtlərimi irəli sürməyə ixtiyarım çatır. Buna görə də tələsik qərar vermək istəmirəm. Özümün də həyata keçirməyi nəzərdə tutduğum layihələrim var. Amma hansısa telekanal öz layihəsi ilə bağlı mənə müraciət edərsə, layihə ürəyimcə olarsa və mənim şərtlərim nəzərə alınarsa, təklifi dəyərləndirməyi düşünərəm. Yaxın zamanlarda yeni layihə ilə tamaşaçıların görüşünə gələcəyəm”.

Onu da deyək ki, aparıcı bu yaxınlarda Azərbaycanda analoqu olmayan klinika açmağı hazırlaşdığını bəyan edib. Psixoloq bu klinikanı depressiya vəziyyətinə düşən, psixoloji yardıma ehtiyacı olanlara kömək etmək məqsədilə açmaq istədiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR