Bank Of Baku

Bosniya və Herseqovinanı “Eurovision-2010” müsabiqəsində Vukajin Brajic təmsil edəcək – FOTO

Bosniya və Herseqovinanı “Eurovision-2010” müsabiqəsində Vukajin Brajic təmsil edəcək – <font color=red>FOTO</font>
# 12 yanvar 2010 08:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bosniya və Herseqovina bu ilin mayında Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində təmsilçisinin adını açıqlayıb. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, 55-ci “Eurovision” müsabiqəsində bu ölkəni Vukajin Brajic adlı gənc müğənni təmsil edəcək. Artıq təmsilçinin müsabiqədə ifa edəcəyi mahnı da məlumdur. V. Brajic “İldırım və şimşək” (“Munja I Grom”) mahnısını ifa edəcək.

V. Brajic 1984-cü il fevralın 9-da anadan olub. O, Bosniya və Herseqovinada keçirilən yerli musiqi yarışmalarının birində iştirak edib və ikinci olub. Məhz bundan sonra öz vokal ifası ilə böyük populyarlıq qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR