“Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil etməyə namizədlər öz şanslarını necə dəyərləndirir? – SORĞU - FOTOSESSİYA
Səfurə Əlizadə: “Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsilçisi seçiləcəyimə inanıram”
“Eurovision-2010” müsabiqəsi üçün Azərbaycanı təmsil etmək şansı qazanmaq imkanı əldə etmək üçün milli seçimlərdə sona qalan namizədlərdən digəri Səfurə Əlizadədir. Namizəd APA-ya açıqlamasında bu müsabiqədə iştirak etməyi uşaqlıqdan arzuladığını bildirib: “Fevralın 2-də keçiriləcək yarımfinal mərhələsi üçün xüsusi nömrə və geyim hazırlayıram. Bununla bağlı bütün məsləhətləri anamdan alıram və ancaq onunla məsləhətləşirəm. Rəqiblərimin hər birinə uğurlar arzulayıram və demək istəyirəm ki, “Eurovision”da iştirak etmək mənim uşaqlıqdan ən böyük məqsədim olub. Bu gün məqsədimə çatmağa çox az qalıb və buna nail olmaq üçün əlimdən gələn hər şeyi etməyə hazıram”.
S. Əlizadə “Eurovision-2010” müsabiqəsi üçün aparılan milli seçimlərdə qalib gələcəyinə və təmsilçi olacağına inanır: “Bu olduqca çətin və məsuliyyətli bir işdir. Məqsədimə bu il çatmasam belə, hər il mübarizəni davam etdirəcəyəm. Əgər “Eurovision-2010” müsabiqəsində təmsilçi başqa namizəd olsa, onun əleyhinə çıxmayacağam və kim olursa-olsun təmsilçimizi dəstəkləyəcəyəm. Çünki bu - Azərbaycanın təmsilçiliyidir, burada fərdi düşünmək lazım deyil”.
Azad Şabanov: “Hər şeyin yaxşı olacağına inanıram”
Azad Şabanov fevralın 2-də keçiriləcək yarımfinal konsertinə ciddi hazırlaşdığını deyib. Müsabiqənin yerli namizədi düşünür ki, “Eurovision-2010”da Azərbaycanı layiqli təmsilçi təmsil etməlidir: “Kim layiqdirsə, o da seçilməlidir. Mən seçimin belə olacağına da inanıram. Yarımfinala keçdiyimi biləndə çox qəribə və möhtəşəm hisslər yaşadım, ən əsası isə çox ürəkdən mahnı oxudum. Ən əsası bu müsabiqədə özümü tam olaraq nümayiş etdirmək istəyirəm. Hər şey Allahın əlindədir, mən çox güclü çalışıram və hər şeyin yaxşı olacağına inanıram”.
Məryəm Şabanova: “Azərbaycan xalqının necə istedadlar yetişdirdiyini sübut edəcəyəm”
Digər namizəd Məryəm Şabanova bütün var-qüvvəsi ilə fevralın 2-də keçiriləcək yarımfinal mərhələsinə hazırlaşdığını vurğulayıb: “Ancaq onu deyə bilərəm ki, çox az yatıb dincəlirəm, çünki hər bir uğur üçün çoxlu işləmək lazımdır. Mən namizədlər arasında rəqabət görmürəm, çünki burada hamımız bir amala qulluq edirik. Biz hər birimiz Azərbaycanı təmsil etmək istəyindəyik. Əminəm ki, bu seçimdə həqiqətən də ən layiqli namizəd qalib gələcək”.
M. Şabanova yarımfinala vəsiqə qazanan hər bir namizədin təmsilçiliyə layiq olduğunu dilə gətirib: “Bütün komanda ilə var gücümüzlə fevralın 2-si üçün möhtəşəm çıxış hazırlaşırıq. Əgər “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçiliyi mənə həvalə olunsa, Osloda tamamilə enerjili və mükəmməl bir Məryəm görəcəklər. Əgər seçilsəm, o müsabiqədə mən Azərbaycanın siması olacağam və Azərbaycana “bu millət nə tənbəldir” sözünü dedirtməyəcəyəm. Sübut edəcəyəm ki, Azərbaycan xalqı necə istedadlar yetişdirir”. M. Şabanova yarımfinala vəsiqə qazanmağın özünü də böyük uğur adlandırıb və yarımfinala keçməsini eşidəndə çox sevinc hissi keçirdiyini dilə gətirib.
Ülviyyə Rəhimova: “Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil etmək üçün əlimdən gələni edəcəyəm”
Ülviyyə Rəhimova da öz növbəsində fevralın 2-də keçiriləcək mərasimə çox hazırlaşdığını və həmin gün çox gözəl mahnı ilə çıxış etmək istədiyini qeyd edib. Bu namizəd də digər namizədlər kimi yarımfinala vəsiqə qazanan hər bir ifaçının buna layiq olduğunu deyib: “Sözsüz ki, təmsilçiliyə bütün namizədlər layiqdir. Ancaq mən Ellinin, Məryəm Şabanovanın və “Milk&Kisses@ qrupunun ifasını öz musiqi zövqümə daha yaxın hiss edirəm. Əlimdən gələni edəcəyəm ki, Azərbaycanın “Eurovision-2010” təmsilçisi mən olum. Əgər bu şans mənə verilsə, Osloda çox gözəl çıxış edəcəyəm və Azərbaycanı yüksək səviyyədə təqdim edəcəyəm. Ən əsas istəyim isə təmsilçi olsam ifa edəcəyim mahnıda heç olmasa 30 saniyə milli musiqinin yer almasıdır. Bu, hər birimiz üçün olduqca böyük şansdır və bu şansı dəyərləndirmək lazımdır”.
“Milk&Kisses” qrupu: “Onlarla rəqabət aparmırıq, sadəcə təmsilçilik uğrunda mübarizə aparırıq”
“Milk& Kisses” qrupunun üzvləri Dilarə və Fəridə yarımfinal müsabiqəsində ifa etmək üçün Dj Vuperlə yeni mahnı üzərində işlədiklərini bildiriblər. Dilarənin sözlərinə görə, günün 24 saatı bu günə hazırlıqla və mahnı hazırlamaqla keçir: “Fevralın 2-də keçiriləcək yarımfinal müsabiqəsində özümüzü 100 faiz nümayiş etdirəcəyik. Yarımfinal mərhələsi İTV və internetlə canlı yayımlanacaq. O səbəbdən də biz göstərmək istəyirik ki, “Unformal” qrupu 2008-ci ildən bu ilə qədər iki il müddətində nə qədər dəyişib. Bizim “Milk&Kisses” qrupunu yaratmaq məqsədimiz bütün stillərdə mahnı oxumaq imkanı qazanmaqdır. “Unformal” qrupu sırf rok qrupudur, ancaq biz “Milk&Kisses” olaraq bir çox janrlar ifa edə bilərik, burada sərhəd yoxdur”. Qrup üzvləri eyni zamanda yarımfinala vəsiqə qazanan bütün namizədləri sevdiklərini və hər birini dəstəklədiklərini bildiriblər: “Bu məqamda onların hansınısa vurmaq və demək ki, o layiq deyil, düzgün olmaz. Çünki məlumdur ki, hazırda hər bir namizəd bu çıxışa çox güclü hazırlaşır və çox böyük əziyyət çəkir. Onlarla rəqabət aparmırıq, sadəcə təmsilçilik uğrunda mübarizə aparırıq. İnanıram ki, bizim fevralın 2-də çıxışımız həm münsiflər heyətinin, həm də tamaşaçıların ürəyincə olacaq. “Eurovision-2010” müsabiqəsinin təmsilçiliyi bizə qismət olsa, orada möhtəşəm çıxış edəcəyik. Ancaq hələ ki, biz fevralın 2-nə ciddi hazırlaşırıq”.
Elli Miçiyeva: “Eurovision”da Azərbaycan bayrağı altında çıxış etmək mənim üçün çox böyük fəxrdir”
Almaniyada yaşayan və məhz “Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılan Elli Miçiyeva da fevralın 2-si üçün yeni mahnı hazırlayır. Həmin gün Ellinin ifasında prodüseri, bəstəkar İsa Məlikovun məhz onun üçün yazdığı mahnı səslənəcək: “Fevralın 2-də ifa edəcəyim mahnı ritmikdir, enerjili və yaddaqalandır. Bu mahnı məhz mili yarımfinal konserti üçün yazılıb. Bu mahnını eşitməyə isə artıq çox az qalıb. Yarımfinala vəsiqə qazanan namizədlər arasında zəif namizəd yoxdur. Hər bir iştirakçı özü-özlüyündə maraqlıdırlar, hər birinin öz dəsti-xətti var. Özüm də daxil olmaqla hər bir namizədə uğurlar arzulayıram”. E. Miçiyeva açıqlamasında onu da bildirib ki, əgər “Eurovision-2010”un milli namizədləri arasında o təmsilçiliyi qazansa çox xoşbəxt olar: “Bütün namizədlər təmsilçiliyə layiqdirlər. Azərbaycan bayrağı altında çıxış etmək mənim üçün çox böyük fəxrdir və əgər mənə bu təmsilik həvalə olunsa bu bayraq altında çıxış etmək mənim üçün çox böyük xoşbəxtlik olar”.
Qeyd edək ki, fevralın 2-də “Buta Palace”da bu ilin mayında Osloda keçiriləcək 55-ci “Eurovision” müsabiqəsində Azərbaycan təmsilçisini seçilməsi üçün yarımfinal konserti keçiriləcək. Həmin konsertdə yarımfinala vəsiqə qazanan bu altı namizəddən başqa, qonaq sənətçi qismində “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak, Azərbaycanı eyni ildə təmsil edən və üçüncülük qazanan Aysel Teymurzadə, eləcə də bu müsabiqənin bir neçə il bundan əvvəl qalibi olmuş və dəfələrlə Bakıda konsert verən Ruslana da çıxış edəcək. Həmin konsert “Eurovision” müsabiqəsinin Azərbaycandakı Yayım Şurası olan İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) tərəfindən, həmçinin beynəlxalq internet saytlarında canlı yayımlanacaq.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib