Bank Of Baku

TRT Türkiyəni “Eurovision”da “MaNga”nın təmsil edəcəyini rəsmən açıqlayıb – FOTO

TRT Türkiyəni “Eurovision”da “MaNga”nın təmsil edəcəyini rəsmən açıqlayıb – <font color=red>FOTO</font>
# 13 yanvar 2010 08:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin “Eurovision” müsabiqəsində Milli Yayım Şurası olan TRT Osloda keçiriləcək yarışmada ölkə təmsilçisinin adını rəsmən açıqlayıb. APA-nın müsabiqənin rəsmi saytına istinadən yaydığı xəbərə görə, Türkiyəni “Eurovision-2010”da gözlənildiyi kimi, “MaNga” qrupu təmsil edəcək.

“MaNga” rep-rok qrupudur. Onların musiqi alternativi rokun və hip-hop musiqisinin sintezidir. Qrup beş musiqiçidən - Fərman Akgül, Özgür Can Öney, Yağmur Sarıgül, Efe Yılmaz və Cem Bəxtiyardan ibarətdir. Fərman Akgül qrupun solistidir. Qrup ötən il MTV tərəfindən “İlin ən yaxşı artisti” nominasiyasının qalibi seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR