Bank Of Baku

Adil Kərimli: “Yeganə məqsədimiz Azərbaycanı təmsil edəcək ən layiqli ifaçını seçməkdir” – FOTO

Adil Kərimli:  “Yeganə məqsədimiz Azərbaycanı təmsil edəcək ən layiqli ifaçını seçməkdir” – <font color=red>FOTO </font>
# 13 yanvar 2010 10:27 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2010” mahnı müsabiqəsində təmsil olunacaq 39 ölkənin hər birinin təmsilçisi və ifa olunacaq mahnı martın 16-na kimi məlum olacaq. Bunu APA-ya açıqlamasında Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli deyib. O bildirib ki, məhz həmin tarixə qədər bütün iştirakçı ölkələr təmsilçilərinin adlarını Avropa Yayım Birliyinə (EBU) təqdim etməlidir. Artıq 39 ölkədən 18 ölkə 55-ci “Eurovision” müsabiqəsində təmsilçisinin adını açıqlayıb. Fevralın 2-də “Buta Palace”da keçiriləcək yarımfinal konsertindən də söz açan Adil Kərimli bildirib ki, İTV bu müsabiqəyə çox böyük önəm verdiyi üçün yarımfinal mərhələsini böyük konsert şəklində keçirmək qərarına gəlib: “Biz “Eurovision” müsabiqəsinə böyük önəm verdiyimizi göstərmək üçün bu il yarımfinal mərhələsini hay-küylü keçirmək qərarına gəldik. Fevralın 2-də keçiriləcək yarımfinal mərhələsində qalibi seçən yenə də münsiflər heyəti olacaq, tamaşaçılar arasında sms səsverməsindən, yaxud internet sorğusundan istifadə edilməyəcək. Bunun arxasında heç bir kommersiya marağı durmur, yeganə məqsədimiz Azərbaycanı təmsil edəcək ən layiqli ifaçını seçməkdir”.

Milli münsiflər heyətinin tərkibində dəyişiklik edilmədiyini dilə gətirən A. Kərimli, bununla bağlı hazırda dəqiqləşdirmə işlərinin aparıldığını vurğulayıb. : “Yaradıcı heyət var-qüvvəsi ilə fevralın 2-nə hazırlaşır. Düşünürəm ki, bu konsert proqramı öz keyfiyyəti ilə Osloda keçiriləcək “Eurovision -2010”dan geri qalmayacaq. Bu cür müsabiqəyə hər il fərqli yanaşmaq lazımdır. Ötən ili təkrarlamaq düzgün olmazdı. Dövrün tələbinə uyğun addımlar atılmalıdır”. Adil Kərimli xüsusi olaraq onu da deyib ki, fevralın 2-də keçiriləcək konsert üçün bilet satışının təşkili də nəzərdə tutulur.

Onu da xatırladaq ki, həm “Eurovision-2008”, həm də “Eurovision-2009” müsabiqəsi üçün milli münsiflər heyətində İTV-nin baş direktoru İsmayıl Ömərov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli, Azərbaycan Mədəniyyət Dostları Fondunun icraçı direktoru İbrahim Quliyev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan milli musiqi komitəsinin prezidenti Lalə Kazımova, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, əməkdar artist Murad Adıgözəlzadə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, eləcə də Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyev təmsil olunublar.

Azərbaycanı “Eurovision- 2010” müsabiqəsində təmsil etmək şansı qazanmaq üçün sona qalan namizədlər Səfurə Əlizadə, Məryəm Şabanova, “Milk&Kisses” qrupu, Azad Şabanov, Elli və Ülviyyə Rəhimovadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR