Bank Of Baku

Rusiyanın tanınmış ulduzları Vladimir Presnyakov, Nataliya Podolskaya və Lolita Bakıda konsert verəcəklər

Rusiyanın tanınmış ulduzları Vladimir Presnyakov, Nataliya  Podolskaya və Lolita Bakıda konsert verəcəklər
# 13 yanvar 2010 10:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Rusiyanın tanınmış ifaçıları Vladimir Presnyakov və Nataliya Podolskaya fevralın 14-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcəklər. Bu barədə APA-ya konsertin təşkilatçıları olan “Music club”dan məlumat verilib. Həmin gün rusiyalı müğənnilər “Sevgililər günü” üçün xüsusi hazırladıqları iki saatlıq proqramla çıxış edəcəklər. Konsert “Sən mənimləsən” adı altında baş tutacaq. Konsertin biletlərinin qiyməti isə 20-100 manata arasındadır.

Elə həmin ay Heydər Əliyev Sarayında Rusiyanın tanınmış pop-ulduzu Lolita konsert proqramı ilə çıxış edəcək. Fevralın 16-da baş tutacaq konsertində bakılı tamaşaçılara yeni mahnılar da ərməğan etmək fikrindədir. Biletlərin qiyməti 20-80 manata arasında satışa çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR