Bank Of Baku

Azad Şabanov: “Əminəm ki, digər 5 iştirakçıdan fərqlənə biləcəyəm” - FOTOSESSİYA

Azad Şabanov: “Əminəm ki, digər 5 iştirakçıdan fərqlənə biləcəyəm” - <font color=red>FOTOSESSİYA</font>
# 18 yanvar 2010 11:48 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Mən öz bacarığıma, potensialıma, pozitivliyimə, səhnə enerjimə və səhnəyə, sənətimə olan sevgimə inanıram. Əminəm ki, digər 5 iştirakçıdan fərqlənə biləcəyəm. Hər halda mən bir çox müsabiqələrdə iştirak etmişəm və xarici tamaşaçılara da bələdəm, ən əsası isə onların zövqünü oxşamağın yollarını bilirəm”. Bu açıqlamanı APA-ya Azərbaycanı bu ilin mayında keçiriləcək “Eurovision-2010” müsabiqəsində təmsil edəcək müğənninin müəyyənləşməsi üçün keçirilən milli seçimlərdə yarımfinala vəsiqə qazanan Azad Şabanov deyib. İddialı namizəd məhz sadaladığı üstünlüklərinə görə Azərbaycanı sözügedən müsabiqədə təmsil etməyə qadir olduğunu deyib: “Hazırda milli yarımfinal mərhələsinə çox gərgin hazırlıq gedir. Məncə biz 6 namizəd hər birimiz rəqibik, hər birimiz hansısa cəhətimizlə fərqlənirik və bu səbəbdən yarımfinal çox maraqlı olacaq. Fevralın 2-də nömrəmi yadda qalan etmək üçün əlimdən gələni edəcəyəm və tamaşaçı iki il öncəki Azadla bu gün “Eurovision-2010” mahnı müsabiqəsinə iddialı Azadın fərqini görəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR