Bank Of Baku

“Eurovision-2010” müsabiqəsinin bilet satışına fevralın 8-də başlanacaq – FOTO

“Eurovision-2010” müsabiqəsinin bilet satışına fevralın 8-də başlanacaq – <font color=red>FOTO</font>
# 20 yanvar 2010 09:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsinə biletlərin satışına rəsmən fevralın 8-də başlanacaq. APA-nın məlumatına görə, bunu Avropa Yayım Birliyinin (EBU) icraçı direktoru Svante Stokselius internet vasitəsi ilə keçirilən onlayn konfrans zamanı bildirib. Onun sözlərinə görə, müsabiqənin iki yarımfinal, eləcə də final mərhələsinə, bundan başqa müsabiqənin əsas məşqlərinə biletləri internet – onlayn vasitəsi ilə almaq və bron etmək mümkündür.

“Eurovision-2010” müsabiqəsindəki yeniliklər barədə məlumat verən EBU-nun icraçı direktoru qeyd edib ki, 55-ci dəfə keçiriləcək müsabiqədə münsiflər və tamaşaçılar tərəfindən 50-50 səsvermə üsulu saxlanılacaq. Amma tamaşaçılar mahnı başlayan kimi artıq səs verə biləcəklər. Bu səsvermə hər mahnının ifası bitəndən 15 dəqiqə sonraya qədər davam edəcək: “Müsabiqəyə hazırlıq məqsədi daşıyan əsas məşqlərin vaxtının qısalması nəzərdə tutulmur, çünki bu hal iştirakçı ölkələrin keyfiyyətli çıxış üçün onlara ayrılan vaxtdan şikayət etməsinə səbəb ola bilər”.

EBU-nun icraçı direktoru çıxışı zaman “Eurovision- 2010” müsabiqəsində ötən ildən az - 39 ölkənin iştirak edəcəyinə də münasibət bildirib: “Fikrimcə, bu say müsabiqə tarixində rekord olmasa da, dünyada baş verən iqtisadi böhranı nəzərə alsaq, bu yaxşı nəticədir. Hər il müsabiqədə yeni təmsilçi ölkələr üzə çıxır və hansılarsa müsabiqədən kənarlaşır. Bu da normal bir haldır. EBU iştirakçı ölkələrə kifayət qədər maliyyə yardımı edir. Deyə bilərəm ki, biz sponsorlardan daxil olan vəsaitin hesabına iştirakçı ölkələrin ödədiyi pulun yarısını onlara qaytarırıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR