Bank Of Baku

EBU-nun icraçı direktoru: “Əgər “Eurovision Junior Song” müsabiqəsinə iştirakçı ölkələr tərəfindən maraq olmasa, biz bu müsabiqəni keçirməyəcəyik” - FOTO

EBU-nun icraçı direktoru: “Əgər “Eurovision Junior Song” müsabiqəsinə iştirakçı ölkələr tərəfindən maraq olmasa, biz bu müsabiqəni keçirməyəcəyik” - <font color=red>FOTO</font>
# 20 yanvar 2010 09:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Əgər “Eurovision Junior Song” müsabiqəsinə iştirakçı ölkələr tərəfindən maraq olmasa, biz bu müsabiqəni keçirməyəcəyik. Şou varsa, deməli bu müsabiqəyə maraq da var. Ümid edirik ki, növbəti “Eurovision Junior” müsabiqəsində iştirakçı ölkələrin sayı 13-dən artıq olacaq. Hesab edirəm ki, uşaqlara arasında keçirilən bu müsabiqə miqyasına görə, böyüklərin “Eurovision”dan kiçik olmalıdır”. APA-nın məlumatına görə, bu açıqlamanı internetdə keçirilən onlayn konfransda “Eurovision” müsabiqəsinin əsas təşkilatçısı Avropa Yayım Birliyinin (EBU) icraçı direktoru Svante Stokselius deyib.

İcraçı direktor onu da vurğulayıb ki, “Junior Eurovision Song” müsabiqəsində təmsilçi ölkələrin sayının azalması müxtəlif səbəblərlə bağlıdır: “Əvvəllər bu müsabiqəyə daha çox ölkə qatılsa da sonradan ölkələr iştirak fikrindən daşınıblar. Bunun səbəbini isə ayrı-ayrı ölkələr özlərinə uyğun şəkildə açıqlayıblar. Səbəblər arasında həm ölkələrin büdcəsinin az olması, həm uşaqların bir-biri ilə mübarizə aparmağı lazımsız bilmələri, hətta uşaq müsabiqəsi olduğu üçün müsabiqənin səhər və uşaqlara daha uyğun bir vaxtda həyata keçirilməməsi var. Çünki bildiyiniz kimi həm “Eurovision Song Contest”, həm “Eurovision Dance”, həm də “Eurovision Junior”un keçirilmə vaxtı axşam saatlarına təsadüf edir”.

S. Stokselius bildirib ki, bu ilin mayında Osloda həyata keçiriləcək “Eurovision -2010” mahnı müsabiqəsindən sonra, “Eurovision” uşaq müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulur: “2010-cu ildə “Junior Eurovision” Minskdə “Belteradio” şirkəti tərəfindən təşkil olunacaq. Bu müsabiqənin təşkilini iki il bu şirkətə həvalə olunmasının səbəblərindən biri şirkətin bu müsabiqəyə çox ciddi yanaşması və iki il qələbə qazanmasıdır. Fikrimcə, Belarus iştirakçılarının qələbə qazanmasının səbəbi yaxşı mahnılar və yaxşı təqdimatın olmasıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR