Bank Of Baku

Aleksandr Rıbak, Ruslana və AySelin çıxış edəcəyi milli yarımfinal konsertinin biletləri 50-150 manat arasında satışa çıxarılıb – FOTO

Aleksandr Rıbak, Ruslana və AySelin çıxış edəcəyi milli yarımfinal konsertinin biletləri 50-150 manat arasında satışa çıxarılıb – <font color=red>FOTO  </font>
# 21 yanvar 2010 09:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanın bu ilin mayında Osloda keçiriləcək “Eurovision-2010” müsabiqəsində təmsilçisinin müəyyənləşməsi üçün fevralın 2-də “Buta Palace”da keçiriləcək yarımfinal konsertinə bilet satışı başlayıb. “Eurovision” müsabiqəsi üzrə Azərbaycanın musiqi koordinatoru Zəhra Bədəlbəylinin APA-ya verdiyi məlumata görə, yarımfinal qala konsertinin biletləri 50-150 manata satışa çıxarılıb. Musiqi koordinatoru qeyd edib ki, bilet satışı dünəndən etibarən başlayıb. Həmin gün, yəni fevralın 2-də sözügedən məkanda Azərbaycanın “Eurovision-2010” müsabiqəsində təmsil etməyə iddialı olan 6 namizəd – Azad Şabanov, Məryəm Şabanova, Səfurə Əlizadə, Ülviyyə Rəhimova, Elli Miçiyeva və “Milk&Kisses” qrupu yarımfinal konsertində hazırladıqları mahnıları ifa edəcəklər. Həmin gün eləcə də, gecənin əsas qonaqları olan “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak, bir neçə bundan əvvəl müsabiqənin qalibi olan Ruslana və “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edən AySel Teymurzadə xüsusi proqramla çıxış edəcəklər. Həmin gün yarımfinalda milli münsiflər heyətinin qərarı ilə öz bacarıqlarını nümayiş etdirəcək 6 namizəd arasından 3-ü finala vəsiqə qazanacaq. Azərbaycanı “Eurovision-2010”da təmsil edəcək ifaçı isə məhz finala keçəcək 3 namizəddən biri olacaq.

Yarımfinal müsabiqəsinin qonaqları olacaq Aleksandr Rıbak və Ruslananın qala konsertdən bir gün əvvəl, yəni fevralın 1-də Azərbaycana gələcəyi nəzərdə tutulur.

Qeyd edək ki, “Eurovision-2010” mahnı müsabiqəsi bu ilin mayında Osloda “Telenor Arena”da baş tutacaq. Müsabiqənin mayın 25-i və 27-də yarımfinalı, 29-da isə final mərhələsi baş tutacaq. 55-ci “Eurovision” müsabiqəsində Azərbaycan da daxil olmaqla 39 ölkə iştirak edəcək.

Ötən ilin mayında Moskvada keçirilən “Eurovision-2009” müsabiqəsində Azərbaycan 43 ölkə arasında üçüncülük qazanıb. Həmin il ölkəmizi AySel Teymurzadə və Araş “Always” mahnısı ilə təmsil etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR