Bank Of Baku

“Azərbaycan - Türkiyə Fashion Show” adı altında moda dəfiləsi keçiriləcək

“Azərbaycan - Türkiyə Fashion Show” adı altında moda dəfiləsi keçiriləcək
# 22 yanvar 2010 12:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Azərbaycan - Türkiyə Fashion Show” adlı moda layihəsi həyata keçiriləcək. Bu barədə APA-ya yanvarın 28-30-da Bakıda keçiriləcək “İstanbul Fashion Show” geyim sərgisinin təşkilatçısı olan “Meridyen” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi Anar Əlyaroğlu məlumat verib. O bildirib ki, hazırda bu layihənin həyata keçirilməsi üçün danışıqlar aparılır: “Planlaşdırdığımız layihə çərçivəsində Türkiyədə Azərbaycan moda şirkətlərinin istehsal etdiyi geyimlərdən ibarət, Azərbaycanda isə Türkiyə markalarından ibarət dəfilə təşkil olunacaq. Azərbaycanda çox keyfiyyətli geyim şirkətləri var ki, onların Avropaya çıxışı təmin edilməlidir. Bizim keçirməyi planlaşdırdığımız dəfilə də buna xidmət edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR