Bank Of Baku

Türkiyənin populyar “Bəyaz Show” layihəsi Bakıda təşkil olunacaq – FOTO

Türkiyənin populyar “Bəyaz Show” layihəsi Bakıda təşkil olunacaq – <font color=red>FOTO </font>
# 25 yanvar 2010 14:12 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Türkiyənin populyar tele-layihəsi olan “Bəyaz Show” Bakıda təşkil olunacaq. Layihənin təşkilatçısı “Səs Organization”un rəhbəri Nahid Emiloğlu APA-ya verdiyi məlumata görə, “Bəyaz Show Bakıda” Heydər Əliyev Sarayında təşkil olunacaq. Fevralın sonları üçün keçirilməsi nəzərdə tutulan layihədə aparıcı Bəyaz, eləcə də onun qonaqları qismində “Yaprak dökümü” serialında Fərhundə rolunu canlandıran Dəniz Çakır və Necla rolunu canlandıran Fahriye Evcen, eləcə də türkiyəli sənətçilər Rafet El Roman, onun tələbəsi Yusuf Güney çıxış edəcəkləri.
“Bəyaz Show Bakıda” layihəsinin qonaqları arasında Azərbaycanın xalq artisti, muğam ifaçısı Alim Qasımov, Türkiyədə yaşayan və fəaliyyət göstərən müğənni Yeganənin də olması nəzərdə tutulur.

N. Emiloğlu qeyd edib ki, hazırda layihə ilə bağlı danışıqlar gedir, dəqiq vaxt və eləcə də şounun biletlərinin qiyməti müəyyənləşdirilir.

Qeyd edək ki, “Bəyaz Show Bakıda” layihəsinin informasiya dəstəyi APA İnformasiya Agentliyidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR