Bank Of Baku

Azərbaycanın “Eurovision-2010” təmsilçisini seçəcək münsiflər heyətinin tərkibi müəyyənləşib – FOTO

Azərbaycanın “Eurovision-2010” təmsilçisini seçəcək münsiflər heyətinin tərkibi müəyyənləşib – <font color=red>FOTO </font>
# 27 yanvar 2010 10:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün fevralın 2-də keçiriləcək yarımfinal mərhələsinin münsiflər heyətinin tərkibi müəyyənləşib. Bu barədə APA-ya açıqlamasında “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tahir Məmmədov deyib. O bildirib ki, münsiflər heyətinin tərkibi artıq məlum olsa da, tərkibin yarımfinaldan əvvəl açıqlanması nəzərdə tutulmur: “Biz Yayım Şurası olaraq obyektivliyi qorumaq məqsədi ilə münsiflər heyətinin tərkibinin açıqlamaq niyyətində deyilik. Milli münsiflərin tərkibi məhz fevralın 2-də yarımfinal konsertində məlum olacaq. Münsiflərin əvvəlcədən məlum olması nəticələrə təsir edə bilər. O səbəbdən biz bu cür halların qarşısını almaq üçün adların gizliliyini saxlamaq qərarındayıq”.

T. Məmmədov onu da deyib ki, fevralın 2-də “Buta Palace”da keçiriləcək milli yarımfinal konsertində əvvəlcədən deyildiyi kimi, ancaq münsiflər heyətinin səsverməsi nəzərə alınacaq. Həmin gün yarımfinalda çıxış edəcək 6 namizəd arasından üçünün finala keçməsi nəzərdə tutulur. İTV rəsmisi “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin fevralın son günlərində məlum olacağını da vurğulayıb. Azərbaycanın Oslodakı təmsilçisi məhz fevralın 2-də çıxış edəcək 6 namizəd arasından münsif səsverməsi ilə finala keçəcək üç namizəd arasından seçiləcək. T. Məmmədovun sözlərinə görə, “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçiliyinin kimliyi məlum olduqdan sonra bəstəkarlar arasında təmsilçimiz üçün mahnı yazılışı və qəbulu elan olunacaq.

Qeyd edək ki, fevralın 2-də “Buta Palace”da keçiriləcək milli yarımfinal konsertində 6 namizəd – Azad Şabanov, Məryəm Şabanova, Səfurə Əlizadə, Ülviyyə Rəhimova, Elli Miçiyeva və “Milk&Kisses” qrupu hazırladıqları xüsusi nömrə ilə çıxış edəcəklər. Həmin gün namizədlərlə bərabər tamaşaçılar qarşısında “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak, “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edən AySel Teymurzadə və bir neçə il bundan əvvəl sözügedən müsabiqənin qalibi olmuş Ruslana çıxış edəcək.

Xatırladaq ki, 55-ci “Eurovision” müsabiqəsi Norveçin paytaxtı Oslo şəhərində “Telenor Arena”da gerçəkləşəcək. Müsabiqənin mayın 25-i və 27-də yarımfinal, 29-da isə final mərhələsi keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR