“Eurovision”da Azərbaycanı təmsil etmək üçün mübarizə aparan 6 namizədin milli yarımfinalda ifa edəcəyi mahnı və şou hazırdır - FOTOSESSİYA
Azad Şabanovun mahnısının sözləri Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə musiqi koordinatoru, “Eurovision-2008” müsabiqəsində Azərbaycan təmsilçiləri Elnur Hüseynov və Samir Cavadzadənin ifa etdiyi “Day after day” mahnısının müəllifi Zəhra Bədəlbəyliyə, musiqisi Vaso kimi tanınan Vüsal Qarayevə məxsusdur. Mahnı “Smile” (“Təbəssüm”) adlanır. İfaçı üçün mahnının ritminə uyğun geyim də hazırlanıb. A. Şabanovla birgə həmin gün səhnəyə rəqqaslar da çıxacaq.
Namizədlər arasında yaşca ən kiçiyi olan Səfurə Əlizadə milli yarımfinal gecəsində sözləri Günel Musayeva və Zəhra Bədəlbəyliyə, musiqisi Elvin Musayevə məxsus olan “Söz ver” adlı mahnını ifa edəcək. Sevgidən bəhs edən mahnı həm Azərbaycan, həm də ingilis dilində səslənəcək. Səfurə ilə birlikdə səhnəyə “Nero” qrupu da çıxacaq. S. Əlizadə də ifa edəcəyi mahnıya uyğun xüsusi geyim hazırlatdırdıb. O, geyimin hazırlanmasında anasının müstəsna xidmətləri olduğunu deyib: “Çox ciddi hazırlaşıram. Demək olar ki, istirahət etmirəm. Hər şeyin yaxşı olacağına ümid edirəm. Özümə tam güvənirəm”.
Ülviyyə Rəhimova fevralın 2-si üçün hazırladığı mahnının sözlərini özü yazıb, bəstəkarı isə Sergey Quliyev və Samir Əsədovdur. “İn love” (“Vurulmaq”) adlanan mahnı adından da göründüyü kimi, sevgidən bəhs edir. Ü. Rəhimovanın imici ilə fotomodel Validə Abbasova məşğul olur. Həmin gün namizədlə birgə peşəkar rəqqaslar da səhnəyə çıxacaq.
Məryəm Şabanova isə milli yarımfinal konsertində sözləri və musiqisi özünə məxsus olan “İ’ve had enough” (“Məndən bu qədər”) adlı kompozisiya ifa edəcək. O, səhnəyə “Spider” şou-balet rəqs qrupu ilə çıxacaq. Ritmik olan bu mahnı da sevgidən bəhs edir. M. Şabanovanın geyimi də xüsusi modelyer tərəfindən hazırlanıb və mahnıya uyğundur.
Almaniyada yaşayan və “Eurovision-2010” müsabiqəsində Azərbaycanı təmsil etmək istəyində olan Elli Miçiyevanın yarımfinal gecəsində ifa edəcəyi mahnının bəstəkarı İsa Məlikovdur, sözləri isə Ellinin özünə və İsa Məlikovun həyat yoldaşı Paulinaya məxsusdur. “Up, up” (“Yüksəklərə, daha da yüksəklərə”) adlanan mahnı çox ritmikdir. Səhnəyə Elli ilə birgə rəqqaslar da çıxacaq. Mahnıya millilik qatmaq üçün ud, zurna və zərb alətlərindən istifadə olunub.
“Milk&Kisses” qrupunun ifa edəcəyi mahnının sözləri elə qrup üzvləri olan Fəridə Nelson ilə Dilarə Kazımovaya, musiqisi Dilarə Kazımova və “Unformal” qrupunun üzvü, dj Vuperə məxsusdur. “İ am on fire” (“Mən yanıram”) adlanan mahnı ritmikdir. Mahnıya uyğun gözəl rəqs hazırlanır. Səhnə geyimləri mahnının ritminə, konsepsiyasına uyğundur. Artıq bir müddətdir ki, qrup Azərbaycan Dövlət Filarmoniyasında ciddi məşqlər edir.
“Eurovision” müsabiqəsi üzrə Azərbaycan nümayəndə heyətinin rəhbəri Adil Kərimli APA-ya açıqlamasında deyib ki, fevralın 2-də keçiriləcək yarımfinal konsertində 6 namizəddən 3-ü finala yüksələcək: “Hər şey münsiflərin qərarından asılıdır. Biz yarımfinal konsertinin mükəmməl təşkili üçün var gücümüzlə çalışırıq və şounun möhtəşəm olacağına inanırıq”.
A. Kərimli bildirib ki, “Eurovision-2009” müsabiqəsini qalibi, norveçli Aleksandr Rıbak və bir neçə il əvvəl bu müsabiqənin qalibi olmuş ukraynalı Ruslana fevralın 1-də Bakının qonağı olacaqlar: “Fevralın 2-də axşam saat 20:00-da yarımfinal şousu başlayacaq və İTV-dən, eyni zamanda internet vasitəsilə canlı yayımlanacaq. Yarımfinal şousu iki saat davam edəcək. Şou bitdikdən sonra təşkilatçılar, qonaqlar, eləcə də finala keçəcək namizədlərinin iştirakı ilə mətbuat konfransı olacaq”.
Onu da əlavə edək ki, milli yarımfinal konsertində Azərbaycanı “Eurovision-2009” müsabiqəsində təmsil edən və üçüncülük qazanan Aysel Teymurzadə də xüsusi proqramla çıxış edəcək.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib