Bank Of Baku

Beyons 6 nominasiyada “Gremmy” alaraq mükafatın tarixində qadın ifaçılar arasında rekord əldə edib - FOTO

Beyons 6 nominasiyada “Gremmy” alaraq mükafatın tarixində qadın ifaçılar arasında rekord əldə edib - <font color=red>FOTO</font>
# 01 fevral 2010 08:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Yanvarın 31-də Los-Ancelesdə Amerika Səsyazma Akademiyası tərəfindən “Gremmy” musiqi mükafatının laureatlarının adları açıqlanıb. APA-nın mükafatın rəsmi saytına istinadən yaydığı xəbərə görə, məşhur müğənni Beyons 6 “Gremmy” mükafatına birdən layiq görülüb. O, “Single Ladies” mahnısı ilə mükafatın ən yüksək nominasiyası sayılan “İlin mahnısı” kateqoriyası üzrə də “Gremmy” alıb. Mükafatın tarixində qadın müğənniləri sırasında Beyonsun 6 mükafat alması rekord sayılır. Məlumat üçün bildirək ki, Beyons 10 nominasiyada “Gremmy” mükafatına təqdim olunmuşdu.

Müğənni Teylor Svift də 4 nominasiyada “Gremmy”yə layiq görülüb. Bu ifaçının “Fearless” lent yazısı ilin ən yaxşı albomu nominasiyasında qalib gəlib. Bu nominasiya uğrunda T. Sviftslə bərabər Beyons, Lady GaGa, “The Black Eyed Peas” və başqaları mübarizə aparıblar.

Ledy GaGa 2 “Grammy” mükafatı qazanıb. Bununla yanaşı, başqa əsas nominasiya olan “İlin lent yazısı”nda “Kings Of Leon” qrupu “Use Somebody” kompozisiyası ilə “Gremmy”yə layiq görülüb.

“Gremmy” mükafatçıları sırasında “Orkestrlə ən yaxşı solo və instrumental ifa”ya görə dirijor Vladimir Aşkenazi və pianoçu Yevgeni Kisinin də adı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR