Bank Of Baku

Finlandiyanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisi bəlli olub – FOTO

Finlandiyanın “Eurovision-2010” müsabiqəsindəki təmsilçisi bəlli olub – <font color=red>FOTO</font>
# 01 fevral 2010 09:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin mayında Norveçdə keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Finlandiyanın təmsilçisinin adı məlum olub. APA-nın müsabiqənin rəsmi internet saytına istinadən yaydığı xəbərə görə, yanvarın əvvəllərində keçirilən üç yarımfinaldan sonra ötən gecə finlandiyalı televiziya izləyiciləri 55-ci “Eurovision” müsabiqəsində öz iştirakçılarını seçiblər. Finala vəsiqə qazanan 10 mahnı arasından iki qızdan ibarət “Kuunkuiskaajat” qrupu tamaşaçıların çoxsaylı sms-lərini qazanaraq Finlandiyanı təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, Fillandiya 55 illik tarixə malik olan “Eurovision” müsabiqəsində 1961-ci ildən iştirak edir. Ölkə bu müddət ərzində bir dəfə - 2006-cı ildə Yunanıstanda keçirilən 51-ci “Eurovision” mahnı müsabiqəsində “Lordi” qrupunun çıxışı ilə 1-ci olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR