Bank Of Baku

“Eurovision TV”nin sabiq baş direktoru Byorn Eriksson Azərbaycana gəlir

“Eurovision TV”nin sabiq baş direktoru Byorn Eriksson Azərbaycana gəlir
# 01 fevral 2010 11:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. May ayında Norveçin paytaxtı Osloda keçiriləcək 55-ci “Eurovision” mahnı müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün keçiriləcək yarımfinal konsertində xarici ekspertlər də iştirak edəcək. İctimai Televiziya və Radio Verilişləri Şirkətindən (İTV) APA-ya verilən məlumata görə, qonaqlar arasında bir müddət əvvəl “Eurovision TV”nin baş direktorluğundan istefa verən Byorn Eriksson da olacaq.

Fevralın 2-də keçiriləcək milli yarımfinal konsertində xüsusi proqramla çıxış etmək üçün “Eurovision-2004”ün qalibi Ruslana və “Eurovision-2009”un qalibi Aleksandr Rıbak da Azərbaycana təşrif buyuracaq. Maraqlıdır ki, A. Rıbakla bağlanan müqaviləyə əsasən media mənsubları gənc sənətçinin qarşılamaq üçün hava limanına buraxılmayacaq. O, yalnız fevralın 2-də keçiriləcək mətbuat konfransında iştiraka razılıq verib.

Qeyd edək ki, fevralın 2-də keçiriləcək milli yarımfinal konsertində Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil etməyə iddialı olan 6 namizəd mübarizə aparacaq: Azad Şabanov, Səfurə Əlizadə, Məryəm Şabanova, Ülviyyə Rəhimova, Elli Miçiyeva və “Milk&Kisses” qrupu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR