Bank Of Baku

“Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini seçəcək milli münsiflər heyətinin tərkibi açıqlanıb – FOTO

“Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini seçəcək milli münsiflər heyətinin tərkibi açıqlanıb – <font color=red>FOTO</font>
# 02 fevral 2010 12:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin mayında Norveçin paytaxtı Osloda keçiriləcək “Eurovision-2010” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini seçəcək milli münsiflər heyətinin tərkibi açıqlanıb. APA-nın “Eurovision” müsabiqəsi üzə Azərbaycanın Milli Yayım Şurası olan İctimai Televiziya və Radio Verilişləri Şirkətindən (İTV) aldığı xəbərə görə, 7 nəfərdən ibarət münsiflər heyətində İTV-nin baş direktoru İsmayıl Ömərov, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Beynəlxalq Musiqi Şurasının Azərbaycan milli musiqi komitəsinin prezidenti Lalə Kazımova, dirijor Azad Əliyev, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyeva, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Fərhad Hacıyevdən ibarətdir. Məhz bu 7 münsifin qərarı ilə bu gün axşam “Buta Palace”da keçiriləcək milli yarımfinalda 6 namizəd arasından ya təmsilçi, ya da finala vəsiqə qazanacaq bir neçə iştirakçı məlum olacaq.

Qeyd edək ki, bu gün axşam keçiriləcək milli yarımfinal konsertində 6 namizəd – Azad Şabanov, Ülviyyə Rəhimova, Səfurə Əlizadə, Məryəm Şabanova, Elli Miçiyeva və “Milk&Kisses” qrupu mübarizə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR