Bank Of Baku

«Eurovision-2009» müsabiqəsinin qalibi Aleksandr Rıbak Bakı səhnəsində azərbaycanlı xanımın qarşısında diz çöküb - FOTOSESSİYA

«Eurovision-2009» müsabiqəsinin qalibi Aleksandr Rıbak Bakı səhnəsində azərbaycanlı xanımın qarşısında diz çöküb - <font color=red>FOTOSESSİYA</font>
# 02 fevral 2010 19:17 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Ötən il Moskvada keçirilən «Eurovision-2009» müsabiqəsinin qalibi Aleksandr Rıbak ilk dəfə olaraq Bakı səhnəsində çıxış edib.

Müsabiqə qalibi fevralın 2-də «Eurovision-2010» müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün «Buta Palace»da keçirilən milli yarımfinal konsertində Azərbaycan tamaşaçıları qarşısında populyar musiqilərini ifa edib. APA-nın yarımfinal konsertinin izləyən əməkdaşının məlumatına görə, sənətçi Azərbaycan səhnəsində ilk öncə skripka musiqi alətində çıxışı ilə maraq doğurub. Aleksandr Rıbak daha sonra Azərbaycan xalqını salamlayıb və öz qrupu ilə tamaşaçıları tanış edib. Sənətçi Azərbaycan xanımlarına da xoş sözlər ifadə edib və tamaşaçılar arasında gözəl xanımlar olduğunu qeyd edib. Tamaşaçı xanımlardan birinin qarşısında məşhur «İ love you baby» mahnısını ifa edən Rıbak daha sonra həmin xanım tamaşaçını özü ilə birgə səhnəyə çıxarıb. Hətta müğənni azərbaycanlı xanımın qarşısında diz də çöküb. Sonda Aleksandr Rıbak «Eurovision-2009» müsabiqəsində qələbə gətirən «Fairytale» mahnısını ifa edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR