Aleksandr Rıbak: “Eurovision” müsabiqəsində qalib olmaq istəyən təmsilçi mütləq və mütləq özünə güvənməlidir” - FOTOSESSİYA
Bakı. Ülkər Qasımova – APA. “Eurovision” müsabiqəsində qalib olmaq mütləq və mütləq təmsilçi özünə güvənməlidir. Gərək hər bir ölkə təmsilçisi qız və ya oğlan olmasından asılı olmayaraq iştirakının tam məğzini anlasın. İştirakının məğzini anlayan iştirakçı hər zaman uğur qazanır. Əgər təmsilçi müğənni müsabiqədən əvvəl bunu özü üçün aydınlaşdırsa qələbəyə daha yaxın olacaq, əgər bunu müsabiqə ərəfəsində anlasa sonu yaxşı olmayacaq”. APA-nın məlumatına görə, bu sözləri Bakıda səfərdə olan “Eurovision-2009” müsabiqəsinin qalibi Aleksandr Rıbak yerli media mənsublarına verdiyi açıqlamasında deyib. Qalib həmçinin onun özünə və ölkəsinə qələbə gətirən “Fairytale” (“Nağıl”) mahnısından da danışıb. O, həyatında hər zaman nağıllara inandığını vurğulayıb: “Mənim həyatımın nağılı dünyaya gəldiyim gün başlayıb. Əslində nağıla inanaraq yaşamaq çox gözəl haldır və bu insana güc verir”. Azərbaycan xalqından aldığı müsbət enerjidən də söz açan Aleksandr Rıbak, ölkəmizin onun özünün və komandasının çox xoşuna gəldiyini açıqlayıb: “Azərbaycan xalqından müsbət enerji aldım. Emosional olsanız da çox dözümlüsünüz və bu halınız məni çox sakitləşdirir və rahatlıq gətirir. Burada həm artistlər, həm də tamaşaçılar insana çox gözəl ab-hava bəxş edirlər. Əgər Azərbaycan “Eurovision-2009” müsabiqəsindəki təmsilçiləri və komandası kimi özlərini aparsalar biz sizləri çox sevəcəyik”. Azərbaycan xalqının onu hər zaman dəstəklədiyini də vurğulayan qalib, bu günə kimi də xalqımızdan çoxsaylı məktublar aldığını bildirib: “Azərbaycan xalqına məni bu günə kimi də dəstəklədiyinə görə təşəkkür edirəm. Bu mənim Azərbaycana ilk gəlişimdir, ancaq buna baxmayaraq mən bu ölkənin dəstəyini hər zaman hiss etmişəm. Bu gün də mənə məşhur facebook internet saytında azərbaycanlılardan çox dəstək məktubları gəlir və bu da məni çox sevindirir”.
Müsabiqə qalibi “Eurovision”da iştirakından və qələbəsindən sonra həyatında çox şeylərin dəyişdiyini dilə gətirib. A.Rıbakın sözünə görə, qalibiyyətdən sonra həyatındakı ən böyük dəyişiklik istirahət etməyə vaxtının olmamasıdır: “Qalibiyyətdən sonra istirahətə vaxt tapa bilmirəm. Bütün günü işləyirəm və daimi olaraq səfərlərdəyəm. Müsabiqədə iştiraka qədər maraqlı oyunlar oynayardım, ancaq indi heç buna da zamanım yoxdur”.
A.Rıbak mayda Osloda keçiriləcək 55-ci “Eurovision” müsabiqəsinə ciddi hazırlıq işləri aparıldığını da deyib: “Norveç kasıb olmasa da, kiçik ölkədir. Ancaq “Eurovision-2010” müsabiqəsinin layiqli və yüksək səviyyədə həyata keçirilməsi üçün bütün səylərimizi səfərbər etmişik. Mən “Eurovision” müsabiqəsi üçün darıxacağam, həmin o hisslər və qalib olmaq arzusu çox gözəl duyğulardır”.
Yerli media mənsublarına müsabiqədən sonrakı yaradıcılığı barədə də məlumat verən A.Rıbak, hazırda yeni komanda ilə işlədiyini deyib: “Bu komandada üç qız, mən və bir oğlan ifaçısı təmsil olunub. Mən bu komandada eyni zamanda skripka da çalıram. Mənim üçün onların çox da professional olmaları önəmli deyil, əsas odur ki, onlar mənim kimi düşünür və maarqlı şeylər yaratmağa həvəslidirlər”.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib