Bank Of Baku

İsmayıl Ömərov: ““Eurovision” müsabiqəsində təkcə səs önəm daşımır, münsifləri və tamaşaçıları mimika və jestlərlə də ovsunlamaq lazımdır”

İsmayıl Ömərov: ““Eurovision” müsabiqəsində təkcə səs önəm daşımır, münsifləri və tamaşaçıları mimika və jestlərlə də ovsunlamaq lazımdır”
# 03 fevral 2010 10:06 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün keçirilən 6 namizəd arasından məhz 3 ən güclüsü finala vəsiqə qazanıb. Bu finalçılar isə peşəkar münsiflər tərəfindən seçildi”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə müsabiqənin Mili Yayım Şurası olan İctimai Televiziya və Radio Verilişləri Şirkətinin baş direktoru, eləcə də milli münsiflər heyətinin sədri İsmayıl Ömərov verib. Baş direktor bildirib ki, “Eurovision” müsabiqəsində təkcə səs önəm daşımır, bu müsabiqədə münsifləri və tamaşaçıları mimika və jestlərlə də ovsunlamaq lazımdır: “Hesab edirəm ki, münsiflər heyətinin peşəkarlığı düzgün qərardan xəbər verir. Nəticə çox düzgün qiymətləndirildi. Düzdür, milli yarımfinal konsertində namizədlər imkanları və potensiallarından aşağı səviyyədə çıxış etdilər. Ancaq müsabiqəyə hazırlıq ərəfəsində onlar öz güclərini göstərəcəklər”.

İ. Ömərov milli münsiflər heyəti üzvlərinin tam olaraq “Eurovision” formatında təmsilçi seçəcəyinə qadir olduqlarını bildirib: “Əgər münsiflər heyətində Fərhad Bədəlbəyli kimi bir sənətkar təmsil olunursa, nə müasirlikdən, nə də keçmişdən danışmaq olmaz. O həm müasir, həm gələcək, həm klassik, həm də estradanı yüksək səviyyədə bilir. İki il ərzində verdiyimiz qərarlar seçimimizdə yanılmadığımızı söyləməyə əsas verir. İfaçının potensialı, peşəkarlığı vacibdir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR