Milli finala vəsiqə qazanan hər üç namizəd Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil etməyə iddialıdır – SORĞU - FOTO
“Milk&Kisses” qrupu: “Finala çıxacağımızı gözləmirdik”
Finala vəsiqə qazanan “Milk&Kisses” qrupunun üzvləri Dilarə Kazımova və Fəridə Nelson APA-ya açıqlamalarında finala vəsiqə qazandıqları üçün çox xoşbəxt olduqlarını vurğulayıblar: “Əslində finala çıxacağımızı gözləmirdik və bu, bizim üçün çox gözlənilməz oldu. Adımız açıqlananda bilmədik kədərlənək, yoxsa sevinək. Çünki yerdə qalan 3 iştirakçının hər biri ilə çox mehriban və dostluq münasibətimiz var. O səbəbdən də onların müsabiqədən kənarda qalmasına çox kədərləndik. Əgər biz finalda qələbə qazansaq və “Eurovision-2010” müsabiqəsində Azərbaycan təmsilçiliyi bizə həvalə olunsa, Azərbaycanın ən ön sıralarda olması üçün əlimizdən gələni edəcəyik. Biz özümüzə inanırıq”. Qrup üzvləri digər iki finalçını da özləri üçün güclü rəqib hesab etdiklərini dilə gətiriblər.
Səfurə Əlizadə: “Əlimdən gələni edəcəyəm ki, “Eurovision-2010” musiqi yarışmasında Azərbaycanı mən təmsil edim”
Finala vəsiqə qazanan digər namizəd Səfurə Əlizadə APA-ya açıqlamasında münsiflərin seçiminin onun ürəyincə olduğunu deyib: “Yarımfinalın nəticələri və münsiflərin seçimi ürəyimcə oldu. Fikrimcə, münsiflər heyəti ən layiqli üç nəfəri finala layiq görüb. Bir şeyi də əlavə edim ki, milli seçim turuna qədər öz üzərimdə çox çalışmışdım və finalçılar sırasında olmağım da bunu nəticəsidir. Əlimdən gələni edəcəyəm ki, “Eurovision-2010” musiqi yarışmasında Azərbaycanı mən təmsil edim. Əgər bu belə olsa, söz verirəm ki, var gücümlə çalışıb Azərbaycana birincilik qazandıracağam. Etiraf etməliyəm ki, digər iki iştirakçı da kifayət qədər güclü rəqibdir və onlarla mübarizə aparmaq heç də asan məsələ deyil. Ancaq mən özümə tam inanıram”
Məryəm Şabanova: “Biz indidən sonra öz üzərimizdə daha da çox işləməliyik”
Azərbaycanı “Eurovision-2010” müsabiqəsində təmsil etmək iddiasında olan üçüncü finalçı Məryəm Şabanova da APA-ya açıqlamasında iddialı danışıb. Finalçı təmsilçilik uğrunda rəqibləri ilə var gücü ilə rəqabət aparacağını da gizlətməyib: “Milli finala vəsiqə qazandığım üçün çox şadam. Biz hər üçümüz çox güclüyük. Düşünürəm ki, artıq hər birimizin üzərinə daha çox məsuliyyət düşür. Bu o deməkdir ki, biz bundan sonra öz üzərimizdə daha çox işləməliyik. Üç finalçı arasında gərgin mübarizə hələ qarşıdadır”.
Qeyd edək ki, Azərbaycanın “Eurovision-2010” müsabiqəsində təmsilçinin kimliyi fevralın sonlarında açıqlanacaq. Azərbaycanın 55-ci “Eurovision” müsabiqəsində təmsilçisi məhz bu üç namizəd arasından 7 nəfərdən ibarət milli münsiflər heyəti tərəfindən seçiləcək.
Osloda “Telenor Arena”da keçiriləcək “Eurovision-2010” müsabiqəsinin yarımfinal mərhələsi mayın 25-i və 27-də, finalı isə mayın 29-da keçiriləcək.
Şou-biznes
Xəbər Lenti
ABŞ İsrail ordusuna İrana qarşı müharibəyə hazırlaşmaq barədə məlumat verib
Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib
Zelenski: Əbu-Dabidə keçirilən danışıqlarda irəliləyiş var və müharibənin sona çatması üçün ümid verib
Zelenskinin Stiv Uitkoff və Cared Kuşnerlə görüşü başa çatıb - YENİLƏNİB
Prezident “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş dəyirmi masada iştirak edib - YENİLƏNİB
UEFA Millətlər Liqasının qrup mərhələsində V tura start verilib - NƏTİCƏLƏR
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - YENİLƏNİB
İsrail Fransanın prezidentliyə namizədi Melanşona ölkəyə giriş qadağası qoyub
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
Prezident İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşü olub
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti Nikuşor Dan ilə görüşüb
İranın Sirik şəhəri hücuma məruz qalıb
Husilər Səudiyyə Ərəbistanının neft şirkətinə zərbələr endirdiklərini açıqlayıblar
Kuşner sülh danışıqlarının yeni raundunun nə vaxt keçiriləcəyini açıqlayıb
Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb - TAM MƏTN
UEFA Millətlər Liqası: Türkiyə qrupda beşinci oyunu da uduzub
Pezeşkian: Müharibə heç kimin maraqlarına uyğun deyil
Nyu-Yorkda yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8-ə çatıb - YENİLƏNİB
Gəncədə nəvəsinin andiçməsində itkin düşən Astara sakininin meyiti Göygöldə tapılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə qarşı sanksiya tətbiq edib
Medinski: Avropalılar Ukrayna ilə bağlı danışıqlara qoşulmağa çalışırlar
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dublində Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü keçirilib - YENİLƏNİB3
Uitkoff üçtərəfli danışıqların yeni mərhələsinin anonsunu verib
Kavelaşvili: Gürcüstan-Azərbaycan münasibətləri ortaq dəyərlərə əsaslanır
Türkiyədə helikopter qəzaya uğrayıb, dörd hərbçi şəhid olub
Qordana Silyanovska-Davkova Nizami Gəncəvi irsinə xüsusi ehtiramı olduğunu bildirib
Şimali Makedoniya Prezidenti: Azərbaycan heç bir planın kənarında qala bilməz
Şimali Makedoniya Prezidenti Azərbaycanın enerji resurslarının Avropa üçün önəmli olduğunu bəyan edib
Kobaxidze və Paşinyan regional sülhü müzakirə ediblər
Hörmüzün şərqində daha iki qayda pozuntusuna yol vermiş neft tankerində yanğın olub
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Gələn il Bakıda Dünya Bankı ilə birgə qlobal konfrans keçiriləcək
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Fernando Muslera karyerasını bitirir
Kubanıçbek Ömüraliyev Türk İnvestisiya Fondunun prezidenti təyin olunub
BƏƏ-də zəncirvari qəza olub, 14 nəfər ölüb
Putinin Kremldə Uitkoff və Kuşnerlə danışıqları başa çatıb - YENİLƏNİB
Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
“Məclis.info”nun rəhbəri İmran Əliyevə və Elgiz Qəhrəmana hökm oxunub
Ukrayna ilk dəfə Baltik dənizində Rusiyanın “Kalibr” raketləri daşıyan döyüş gəmisini vurub
General Natiq Əliyevin külli miqdarda dələduzluqda ittiham olunan qızı barəsində ev dustaqlığı qərarı verilib
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - YENİLƏNİB
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim edib
Vaşinqtonda Ağ Evin yaxınlığında atışma olub, azı 4 nəfər yaralanıb
FHN-də Konstitusiya Günü ilə bağlı tədbirlər keçirilib