Bank Of Baku

Dima Bilan Rusiyanı “Eurovision-2010”da da təmsil etmək istəyir

Dima Bilan Rusiyanı “Eurovision-2010”da da təmsil etmək istəyir
# 03 fevral 2010 12:58 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Eurovision-2008” mahnı müsabiqəsinin qalibi rusiyalı müğənni Dima Bilan üçüncü dəfə sözügedən müsabiqədə iştirak etmək istəyir. APA-nın Rusiya saytlarına istinadən yaydığı xəbərə görə, sənətçinin bu arzusunu onun prodüseri Yana Rudkovskaya dilə gətirib. O bildirib ki, Dima Bilan “Eurovision-2006” müsabiqəsində ikinci, “Eurovision-2006” müsabiqəsində isə birinci olub: “Ona görə onun qalibiyyətinə inanırıq. Biz bununla risk etmirik. Bu, ancaq müsabiqədir və biz istəyirik ki, bu müsabiqədə o yenidən iştirak edərək qalib olsun. Düzdür, maya qədər hələ çox vaxt var. Amma Dima Bilan ciddi hazırlıq içindədir, lakin ifa olunacaq hit mahnı hələ tapılmayıb”. O bildirib ki, yaxşı hit 100 min avrodan baha başa gəlir. Prodüser sənətçinin adından onu da açıqlayıb ki, Dima Bilan tamaşaçıların istəyi olsa, yenidən bu müsabiqədə iştiraka hazır olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR