Bank Of Baku

AySel Teymurzadə: “Eurovision-2010” da Azərbaycanı təmsil edəcək iştirakçıdan birincilik gözləyirəm” – FOTO

AySel Teymurzadə: “Eurovision-2010” da Azərbaycanı təmsil edəcək iştirakçıdan birincilik gözləyirəm” – <font color=red>FOTO </font>
# 03 fevral 2010 13:26 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “Yarımfinal konserti mənə çox pozitiv təəssüratlar verdi. Finala keçən müğənnilərə görə çox şadam, onları ürəkdən təbrik edirəm və finaldan kənarda qalan iştirakçılara görə çox təəssüflənirəm. Amma Azad Şabanov, Ülviyyə Rəhimova və Elli qoy təəssüflənməsin, çünki onların uğurları qarşıdadır”. APA-nın məlumatına görə, bu sözləri “Eurovision-2009” müsabiqəsində Azərbaycanı təmsil edən və üçüncülük qazanan AySel Teymurzadə deyib. Müsabiqə iştirakçısı milli seçim turunun finalçılarına uğurlar arzulayıb: “Üç nəfərdən kimin Azərbaycanı təmsil edəcəyi önəm daşımır. Əsas odur ki, Azərbaycan bu yarışmada dünya səviyyəsində təmsil olunsun. “Eurovision-2010”da Azərbaycanı təmsil edəcək iştirakçıdan qalibiyyət gözləyirəm. Bir də demək istəyirəm ki, bizim uşaqlarımız hərtərəfli dəstək verilsin, onların bizim dəstəyimizə çox ehtiyacları var. Onların mehriban sözlərlə, arzularla, işlərlə ruhlandırmaq lazımdı. Mən öz adımdan bunu edəcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR